Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyul

2013
21:26
Göygöl polisinin rəis müavini vətəndaşın torpağını zəbt edib
Məzahir Alıyevdən daxili işlər nazirinə şikayət olundu

"Göygöl polisinin rəis müavi Məzahir Alıyev və yeznəsi Maqsud İsayev mənə məxsus torpaq sahəsini zəbt edib". Bu sözləri "Azadlıq"a Göygöl rayonunun Göyçəkənd kəndinin sakini Rasim Haqverdiyev deyib. Onun sözlərinə görə, bu torpaq sahəsi ona 1997-ci ildə Göygöl rayonunun Aqrar İslahat Komissiyasından verilib: "23.5 sot olan həmin torpaq sahəsi "Alma Bağı" deyilən ərazidə yerləşir. Məzahir Alıyevlə yeznəsi oranın 10 sotunun zəbt edərək restoran açıblar. Bu azmış kimi orada mənə məxsus obyektin qıfılını sındırıraq 3 min manat dəyərində stol-stul, qab-qacaq və digər əşyaları götürüblər. Dəfələrlə bu barədə icra başçısı Arif Seyidova, Dövlət Torpaq Komitəsinə, Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa müraciət etmişəm amma nəticəsi yoxdur. Hətta obyektivdən oğurluq faktı ilə bağlı DİN-in 102 xidmətinə də müraciət etmişəm. Amma bu günə qədər tədbir görülməyib. Mən qəzetiniz vasitəsilə daxili işlər naziri Ramil Usubova müraciət edərək bu məsələyə diqqət göstərməsini, torpağımın geri qaytarılmasında yardımçı olmasını və polis adına yaraşmayan hərəkət etdiyinə görə Məzari Alıyev barədə ölçü götürməsini xahiş edirəm".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
650

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
842

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
654
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 01:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru