Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyul

2013
14:26
Rusiya Müftilər Şurası hicablı təhsilin müdafiəsinə qalxdı
"Lazım gəlsə, Avropa İnsan Haqqları Məhkəməsinə qədər gedəcəyik"

Rusiyanın Starvropol vilayətinin yerli rəhbərliyinin orta məktəblərdəki şagirdlər üçün tətbiq etdiyi hicab qadağasından sonra müsəlmanlar etiraz olaraq məhkəməyə üz tutmuşdular. Amma məhkəmədə qadağanı qüvvədə saxladı və indi problemdən çıxış yolları axtarılır.

FaktXəbər-in məlumatına görə, Starvropol məhkəməsinin bu qərarına etiraz edən Rusiya Müftilər Şurası məsələni Ali Məhkəməyə çıxarmaq üçün hazırlıqlara başlayıb.

Şuranın sədr köməkçisi Ruşan Abbasov Rusiya qanunlarında hicab qadağası barədə heç bir maddənin olmadığına diqqət çəkərək, "hicaba bəzi vilayətlərdə icazə verilməsi, bəzilərində isə qadağan olunması konstitusiyaya uyğun gəlmir", - deyib.

Abbasov bildirib ki, Müftilər Şurası dini bir təşkilatdır  və hicabla bağlı fikirlərinin dəyişməsi mümkün deyil: "Müsəlman cəmiyyətinin yaşadığı digər bölgələrdə orta təhsil müəssilərəndə şagirdlərin hicabla dərslərinə davam etməsində problem yoxdur. Starvropol vilayətindəki ali təhsil ocaqlarında hicab qadağası yoxdur. Bütün sahələrdə hicabı müdafiə edəcəyik. Lazım gəlsə, Avropa İnsan Haqqları Məhkəməsinə qədər gedəcəyik."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
410

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
422

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
553

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
600
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 21:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru