Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyun

2013
14:40
Azərbaycanda 34 nəfər narkotikdən istifadə nəticəsində ölüb

Azərbaycanda ötən il ərzində narkotik vasitələrin istifadəsi nəticəsində 34 nəfər dünyasını dəyişib. Bu barədə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin yaydığı illik hesabatda bildirilib.

Qeyd olunub ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şəhər və rayon şöbələri üzrə ötən il ərzində narkotik və psixotrop maddələrin aşkar olunması məqsədilə 911 müayinə aparılıb. Müayinələr zamanı 77 halda narkotik və psixotrop maddələr aşkar edilib, onlardan 34 halda narkotik və psixotrop maddələrin təsirindən ölüm baş verib. 37 halda isə narkotik və psixotrop maddələr aşkar edilsə də, ölümlərin başqa səbəbdən baş verməsi müəyyən edilib. Bunlardan əlavə, 6 halda canlı şəxslərin müayinəsi zamanı narkotik və psixotrop maddələr aşkar olunub./Apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
1171
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 07:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru