Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 İyun

2013
13:27
Müqtəda Sədrdən Co Baydenin İraqın üç hissəyə bölünməsi təklifinə sərt cavab

FaktXeber.com-un İraqın “Alsumaria.tv”yə istinadən verdiyi məlumata görə, tanınmış Sədr cərəyanının lideri Müqtəda Sədr Co Baydenin İraqın üç yerə-sünni, şiə və kürd dövlətlərinə parçalanması barədə olan təklifinə sərt cavab verib. ABŞ vitse-prezidentini terrorçu adlandıran şiə lideri deyib: “İraqın Co Baydenin şeytani fikir və layihələrinə ehtiyacı yoxdur. Əgər bu plan işə düşərsə ABŞ-ın İraqda və qonşu ölkələrdə olan baza və mənafeyini hədəfə alacayıq” O, daha sonra deyib: “İraq, İraq xalqınındır. Kürdlər dostlarımız, sünnilər isə bizdəndir. İraq xalqı oyaqdır... Biz sizin İraqda tayfa qarşıdurması yaratmaq üçün əkdiniz toxumu məhv etməkdən ötrü səylərimizi əsirgəməyəcəyik. Allahdan istəyirik bizə sizin şərrinizdən nicat versin”.
Xatırladaq ki, bir neçə gün ABŞ vitse-prezidenti Co Bayden Vaşınqtonda bəzi iarqlılarla görüşü zamanı bu ölkənin 3 hissəyə bölünməsi təklifini irəli sürmüşdü.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
214

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
519
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 19:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru