Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2013
17:25
Hacı Şahin: “Ramazan ayının nə vaxt daxil olmasını indidən müəyyən etmək doğru deyil”
“Əvvəlcədən ayın qəti şəkildə görünüb-görünməyəcəyini demək doğru deyil”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov mediaya açıqlama verərkən qeyd edib ki, Ramazan ayının başlanmasını bildirən yeni ay iyulun 8-də gündüz saat 12.16-da görünəcək: “Astronomik təqvimlə həmin axşam niyyət axşamıdır, iyulun 9-dan isə orucluq başlayır.”

Onun sözlərinə görə, növbəti ay avqustun 7-də gecə saat 02.52-də təzələnəcək. Lakin hər il Ramazan ayının daxil olması ilə bağlı kifayət qədər anlaşılmazlıqlar yaşanır. Bu dəfə də hər il yaşanan tendensiyanın baş verəcəyini nəzərə alaraq, AMEA-nın açıqlaması ilə bağlı ilahiyyatçı alim Şahin Həsənli ilə əlaqə saxladıq. Sözü gedən məsələ ilə bağlı FaktXeber.com-a açıqlama verən ilahiyyatçı alim Şahin Həsənli bildirdi ki, elm araşdırmalarla ayın hərəkətini qabaqcadan müəyyən etmək mümkündür. Şəriətdə isə ayın gözlə görünməsinin şərt olduğunu bildirən ilahiyyatçı alim, “ ona görə də bəzi vaxtlar elmi hesablamalara uyğun olaraq ayın mövqeyi bəlli edilsə də, şəri nöqteyi nəzərdən doğru qəbul olunmur. Qafqaz Müsəlmanları İdarəsi də bu səbəbdən hər il bayram günlərinin iki gün keçirilməsini təklif edir.” – deyə bildirdi: ”Bir sözlə əvvəlcədən ayın qəti şəkildə görünüb-görünməyəcəyini demək doğru deyil.” 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
270

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
480

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
469
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-05-2021 17:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru