Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2013
13:19
Məşhur yazıçı həmcinslərin evliliyinə etiraz olaraq Notr Dam kilsəsində intihar edib (VİDEO)
Dominik Vener öz bloqunda sözügedən qanuna qarşı etiraz aksiyaları kifayət etmədiyini, ancaq cəlbedici və simvolik jestlərin cəmiyyətin mürgüsünü dağıtmağa qadir olduğunu vurğulayıbmış

FaktXəbər-in verdiyi məlumata görə, məşhur fransalı yazıçısı və esseçi Dominik Venner Notr Dam de-Pari kilsəsində intihar edib. Ehtimal olunur ki, o Fransada həmcinslərin evliliyinin qanuna minməsinə etiraz olaraq belə bir addım atıb.

Sabiq  ultra sağçı fəal dünyanın ən tanınmış kilsəsində mehrabın  qarşısında duraraq tapança ilə ağzından atəş açıb. Kilsənin ziyarətçiləri dərhal polis tərəfindən evakuasiya olunub. 78 yaşlı yazıçının üzərindən intiharının səbəbini açıqlayan bir neçə məktub tapılıb.

Qeyd edək ki, Venner bundan əvvəl də həmcinslərin evliliyinin qanuniləşməsinə qarşı dəfələrlə çıxış etmişdi. Yazıçı öz bloqunda qeyd etmişdi ki, bu qanuna qarşı etiraz aksiyaları kifayət deyil. O, ancaq cəlbedici və simvolik jestlərin cəmiyyətin mürgüsünü dağıtmağa, keçmiş barədə yaddaşı oyatmağa qadir olduğunu vurğulayıb.

Xatırladaq ki, uşaqların belə övladlıq kimi götürməyə imkan verən həmcinslərin  evliliyi barədə qanun ötən şənbə Fransada qüvvəyə minmişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 40 dərəcə isti olacaq

23

İyun
13:34
ÖLKƏ
837

Azərbaycan neftinin qiyməti bahalaşıb

23

İyun
11:45
İQTİSADİYYAT
822

Brent bahalaşıb

23

İyun
09:24
İQTİSADİYYAT
1214

AMB-nin valyuta məzənnələri

23

İyun
09:12
İQTİSADİYYAT
1169
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2021 06:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru