
FaktXəbər-in verdiyi məlumata görə, Yaponiyanın ən gözəl və diqqətəlayiq yerlərindən biri olan Fudziyama dağı YUNESKO-nun Mədəni İrsi siyahısına salına bilər. Bunun üçün adıçəkilən beynəlxalq təşkilatın yanında konsultasiya qrupunun uyğun rəyi lazımdır.
Abidələrin və diqqətəlayiq yerlərin qorunması üzrə şura Yaponiya hökumətinə bəyan edib ki, ideal konusşəkilli forması olan qarlı vulkanik təpə bu obyektin qeydiyyatı üçün kifayətdir.
Qeyd edək ki, dəniz səviyyəsindən 3776 m hündürlükdə olan bu dağ Yaponiyanın incəsənətində, mədəniyyətində böyük rol oynayıb və Gündoğar ölkənin simvolu sayılır.
Qəti qərar YUNESKO-nun iyun ayındakı iclasında veriləcək

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO