Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Aprel

2013
14:44
Siyavuş Novruzov: `Fahişəlik qanuni olmalıdır`
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında ölkədə fahişəliyin leqallaşdırılması təklif olunub

“İnsan alverinə qarşı mübarizə haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Siyavuş Novruzov bildirib ki, milli-mənəvi dəyərləri nəzərə alsaq, bu məsələyə bir az fərqli baxmaq lazımdır: “İndi insan alveri ilə bağlı qanunları sərtləşdiririk, amma problemlər bir az da ağırlaşacaq. Çünki bu işlə qeyri-rəsmi məşğul olanlar yenə də məşğul olacaqlar. Əslində qanunların sərtləşməsi korrupsiyaya yol açacaq. Bu gün Ukraynadan, Filippindən Azərbaycana belə qadınlar axışır. Ötən əsrin əvvəllərində Türkiyədə də belə bir dövr yaşanırdı. Ataturk də bununla bağlı çıxış etmişdi. Çünki Fransadan, başqa Avropa ölkələrdən qadınlar gəlir, 1 il sonra varlanıb gedirdilər. Ona görə də Atatürk bu məsələyə diqqət çəkmişdi. Qanunları sərtləşdirməklə bu məsələnin qarşısını almaq mümkün olmayacaq. İnsan alverinin qarşısını ABŞ və Avropada da ala bilmirdilər. Digər tərəfdən, polis gələndə iki tərəf də qarşılıqlı razılaşma əsasında bir yerdə olduğunu söyləyirlər. Gəlin bu sahədə beynəlxalq təcrübədən istifadə edək. İndi hamı milli-mənəvi dəyərlərin daşıyıcısı, mömin olduğunu söyləməyə başlayacaq”.

İclasa sədrlik edən birinci vtse-spiker Ziyafət Əsgərov Səyavuş Novruzovdan fahişəliyi leqallaşdırmaq təklifi irəli sürüb-sürmədiyini soruşub.

Siyavuş Novruzov isə bildirib ki, leqallaşma bir çox problemin qarşısını alacaq: “Bütün Avropa ölkələri artıq bu işin çəmini tapıb, biz də onların təcrübəsindən istifadə edə bilərik”./apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
567

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
453

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
476

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
727

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 07:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru