Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2013
13:00
Vüqar Bayramov: `Neft fondunun valyuta ehtiyatları xaricdə 1%-lə idarə edildiyi halda, ölkədəki sahibkarlar 25%-lə kredit götürmək məcburiyyətində qalırlar`

Vergilər naziri Fazil Məmmədov Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında etdiyi çıxışı zamanı qeyd edib ki, Azərbaycanda strateji valyuta ehtiyatları 2013-cü ilin əvvəli ilə müqayisədə 2,6 faiz artaraq 48 milyard ABŞ dollarına çatıb. Bu da 3 illik idxalın maliyyələşdirilməsi üçün kifayət edən məbləğdir. Lakin maraqlı olan isə 2013-cü il prezident seçkilərindən sonra Azərbaycanın valyuta ehtiyatlarının taleyinin necə olması ilə bağlıdır. Belə ki, keçiriləcək prezident seçkilərindən sonra Qərbin maraqlarına uyğun bir iqtidar və ya şəxs hakimiyyətə gəlməzsə, 48 milyardlıq valyuta ehtiyatlarımızın aqibəti necə olacaq?

Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov diqqət çəkən məqamlara toxundu. Müsahib qeyd etdi ki, münasibətlərin korlanması nəticəsində xarici banklarda saxlanılan hər hansı bir ölkənin valyuta ehtiyatları ilə bağlı problemlər yaşanmır: “ Ölkənin valyuta ehtiyatlarının saxlanıldığı beynəlxalq maliyyə qurumları valyuta ehtiyatlarının qorunması ilə bağlı öhdəlikl'r götürürlər. Lakin şəxsi hesablardakı valyuta ehtiyatlarının saxlanılması ilə bağlı müəyyən problemlər yaşana bilər. Gələcəkdə Qərblə Azərbaycan arasında anlaşılmazlıq olarsa bu ölkənin valyuta ehtiyatlarını təhlükə altına salmayacaq.”

Azərbaycanın valyuta ehtiyatlarının bir qisminin ölkəyə gətirilməsinin məqsədə uyğun olduğunu bildirən Vüqar bəy, “dövlət neft fondunun idarə etdiyi valyuta ehtiyatlarının gəlirlik səviyyəsi olduqca aşağıdır. Bu təxminən 1% intervalındadır və olduqca aşağı rəqəmdir”, - deyə bildirdi: “Neft fondunun valyuta ehtiyatları xaricdə 1%-lə idarə edildiyi halda, ölkədəki sahibkarlar 25%-lə kredit götürmək məcburiyyətində qalırlar. Ona görə məqsədə uyğundur ki, valyuta ehtiyatlarının bir qismi, təxminən 2 milyarda yaxını ölkəyə gətirilərək kommersiya banklarına yerləşdirərək həmin bankların likvidliyini artıra bilərlər. Bu da nəticə etibarı ilə kredit faizlərinin kifayət qədər aşağı düşməsinə şərait yaradacaq. ”  

Sonda ekspert bildirdi ki, böyük həcmli valyuta ehtiyatlarının birbaşa ölkəyə gətirilməsi risklidir: “Eyni halda həmin valyuta ehtiyatlarının xarici banklara saxlanılması narahatçılıq doğurmur. Lakin narahatçılıq valyuta ehtiyatlarından istifadə edərək lazımı gəlirliyinin əldə edilməməsi ilə bağlıdır.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
440

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
452

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
573

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
625
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 22:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru