Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2013
11:57
Bakıda yeni yol salınır
Yeni yol Bakının mərkəzindən "Olimpiya" stadionuna qədər uzanacaq

FaktXəbər-in məlumatına görə, Bakının mərkəzindən "Olimpiya" stadionuna qədər yeni yol inşa ediləcək. Bu barədə "Trend"-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel nəzərdə tutulan bu yol başlanğıcını Həsən Əliyev küçəsinin sonundan götürməklə birbaşa "Olimpiya" stadionuna qədər uzanacaq. Yolun ümumi uzunluğu 7 km-dən artıq, hərəkət zolaqların sayı isə 6 olacaq. Yol boyu tunellərin, yolötürücülərinin tikintisi planlaşdırılır.

Yol istifadəyə verildikdən sonra Bakı şəhərinin mərkəzindən "Olimpiya" stadionuna birbaşa hərəkəti təmin etməyə, Heydər Əliyev prospektində hərəkət intensivliyini azaltmağa, "Azadlıq" meydanı - Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomagistralına və "Olimpiya" stadionuna maneəsiz, tıxacsız, sürətli bağlantılar yaratmağa imkan verəcək.

Yolun tikintisinə yaxın vaxtlarda başlanacağı gözlənilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
170

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
180

Sabah hava buludlu olacaq

07

May
13:38
ÖLKƏ
205
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-05-2021 20:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru