Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Mart

2013
14:53
`Şagirdlərin dərslərdən yayınması, narkotikə qurşanması planlı şəkildə həyata keçirilir`

Fazil Mustafa: “Hesab edirəm ki, pis yollara qurşanan şagirdlərin sayı həddən artıq çoxdur”

Ölkə ərazisində reyd keçirsək müşahidə edərik ki, hər bir məktəbin və təhsil ocağının ətrafında bir neçə kompüter, internet və qəlyan salonları fəaliyyət göstərir. Eyni halda adı çəkilən obyektlərə dərs saatlarında çoxlu sayda şagirdlər gələrək dərslərdən yayınırlar. Valideynlərin narazılıqlarına və şikayətlərinə baxmayaraq problemlə bağlı nə aidiyyəti dövlət qurumları tədbir görür, nə də ki, obyekt sahibləri.

Problemin çıxış yolları ilə bağlı FaktXeber.com-a açıqlama verən millət vəkili Fazil Mustafa diqqət çəkən məqamlara toxundu. Müsahib qeyd etdi ki, problemlər məqsədyönlü şəkildə həyata keçirilir: “Şagirdlərin dərslərdən yayınması, narkotikə qurşanması sanki planlı şəkildə bir mərkəzdən idarə edilir. Valideynlərin məktəbli olan əlaqəsi kifayət qədər zəifdir. Uşaqların spirtli içki və ya tək-tək siqaret alması adi hal alıb. Bir vaxtlar amerikanlar Azərbaycanın təhsil ocaqlarında araşdırma aparmışdılar. Araşdırmalar zamanı bəlli olmuşdu ki, təhsil ocaqlarında narkotikdən istifadə edən şagirdlərin sayı kifayət qədərdir. Maraqlı olan budur ki, həmin dövrdə bunu bir az topa tutdular. Əslində isə deyilənlər kifayət qədər ciddi bir problemdir. Hesab edirəm ki, mənfi yollara qurşanan şagirdlərin sayı həddən artıq çoxdur.”

Problemin qarşısının alınma üsullarından da danışan millət vəkili qeyd etdi ki, bunu müxtəlif yolları var: “İlk öncə təhsilin səviyyəsi yüksəldilməlidir. Uşaqlar üçün məktəblərdə, həyətlərdə əyləncə və idman üçün şərait yaradılmalıdır. Eyni halda idman obyektlərindən istifadə pulsuz olmalıdır. Belə ki, istənilən uşaq istədiyi vaxt idman müəssisələrinə gedərək idman edə bilsin. Rusiya hökuməti alkoqolizmin qarşısını almaq üçün bütün həyətlərdə futbol, xokkey və basketbol meydançaları açıb. Bu da nəticə etibarı ilə uşaqların mənfi yollara qurşanmasının qarşısını alıb.”

Sonda Fazil bəy qeyd etdi ki, uşaqları mənfi yollara qurşanmasının qarşısını almaq üçün dini bilgilərin öyrədilməsi də zəruridir: “Uşaqlara haram və halal anlayışları öyrədilməlidir. Eyni halda nəyin onların sağlamlığı üçün faydalı və ziyanlı olması başa salınmalıdır. Lakin təəssüflər olsun ki, kimlərsə siqaretini, kimlərsə narkotikini satdırmaq üçün bu siyasəti davam etdirirlər.“

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
65

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
130

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
170

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
287
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 17:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru