
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi yeni layihəyə başlayıb. Birlik tələbə gənclərin milli mədəni irsimizin öyrənilməsinə marağının artırılması, intellektli gənclərin ictimaiyyətə təqdim olunması məqsədi ilə tələbələr arasında I Mədəni irs olimpiadasına start verib.
İctimai Birlikdən FaktXəbər-ə verilən məlumata görə, Olimpiadada ixtisasından asılı olmayaraq Azərbaycan Respublikasının ali və orta ixtisas müəssisələrində təhsil alan tələbələr iştirak edə bilər.
Bu barədə təhsil ocaqlarında yayılan elanda göstərilib ki, olimpiada ilkin seçim, yarımfinal və final mərhələlərindən ibarət olacaq. Yarımfinal və final mərhələləri test üsulu ilə keçiriləcək.
Suallar tanınmış alimlər, tarixçilər, mədəni irs mütəxəssisləri tərəfindən tərtib olunub.
Olimpiada vasitəsilə gənclər milli mədəni irsimizlə bağlı biliklərini sınaqdan keçirmək və bu sahədə yeni biliklər əldə etmək imkanı qazanacaqlar.
Qaliblər sertifikatlarla və dəyərli hədiyyələrlə mükafatlandırılacaq.
İştirak etmək istəyənlər özləri haqqında məlumatı 2013-cü il mart ayının 31-ə kimi MİRAS İB-ə ([email protected]) göndərə bilərlər.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO