Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2013
20:36
Rusiya `Patriot raketlərinin qatili`nin istehsalına başlayır

Rusiya Federasiyasının Hava Qüvvələri Amerikanın "Patriot" Raket Əleyhinə Müdafiə sistemlərini dərhal aşkarlayaraq məhv edəcək raket daşıya bilən xüsusi təyyarə istehsal edəcək. Rusiya mediası yeni təyyarəyə "Patriotun qatili" adını verib.

FaktXəbər-in məlumatına görə, "İzvestiya" qəzetinə açıqlama verən Rusiya Hava Qüvvələrindən olan mənbə 2014-cü ildə Su-25 tipli döyüş təyyarəsinin yeni modelini əldə edəcəkləriyi söyləyib. O, təyyarənin sınaq uçuşlarının may ayında sona çatacağını və ardıcıl istehsala başlanacağını deyib.

Türkiyədə NATO-nun yerləşdirdiyi "Patriot" sistemini xatırladan hərbi mənbə, "bu model təyyarə hətta Amerikanın "Patriot" sistemlərini belə aşkarlayaraq məhv etmək gücünə malikdir. Məsələn, Suriyadakı vətəndaş müharibəsinə görə Türkiyədə yerləşdirilən bir neçə "Patriot" sistemləri kimi strukturlar zərərsizləşdirilə bilər", - söyləyib.

Mənbə əlavə olaraq bildirib ki, Amerikanın "Patriot" sistemlərinin yeganə rəqibi Su-25 tipli yeni təyyarə olmayacaq: "Rusiyanın Hava Qüvvələri "Patriot" sistemlərinin Türkiyədə yerləşdirilməsini də diqqətdən kənarda qoya bilməz."

Hərbçi bildirib ki, yeni model Su-25 təyyarəsi yalnız RƏM sistemlərini deyil, yerdəki başqa bazaları da vurmaq gücünə malikdir. Bu təyyarə radio dalğalarını və mənbənin növünü təyin etmək baxımından müasir antenalarla təchiz edilib. Təyyarənin pilotu bu texnologiya sayəsində radarın növünü anında müəyyənləşdirəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
80

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
96

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
141

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
275

AMB-nin valyuta məzənnələri

22

Sentyabr
09:25
İQTİSADİYYAT
232
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2021 14:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru