Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2013
23:03
Xaricdən göndərilən ianələr nəzarətə götürüləcək
Millət vəkili: “İanə və qrantın hesabatını verməyən hüquqi və vəzifəli şəxslər cərimələnəcək”

Bundan sonra qeyri-hökumət təşkilatları, fondlar, ictimai təşkilatlar, siyasi partiyalar qrant müqaviləsi olmadan və ya qrant haqqında rəsmi qərar olmadan yardım qəbul edə bilməyəcəklər. Bu dəyişikliklər ölkədə fəaliyyət göstərən dini qurumlara da şamil olunacaq. “Dini etiqad azadlığı haqqında” qanunun 24-cü maddəsinə edilən əlavəyə əsasən, dini qurum qəbul etdiyi və ya vəd edilən ianə müqabilində ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya vəd verə bilməz. Dini quruma ianə verən şəxs verdiyi və verəcəyi ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa və yaxud dolayı yolla maddi və sair nemət, imtiyaz, güzəşt qəbul edə bilməz, təklifə razılıq verə bilməz.

Burada əsas məqsəd əldə olunan ianələrin çirkli pullar qismində dövr etməsinin qarşısını almaq, eləcə də xarici missionerlərin fəaliyyətində dövr edən vəsaitin zərərli istiqamətə yönəlməsinin qarşısını almaq məqsədi daşıyır. Bununla belə, 200 manatadək ianə və ya qrantın rəsmiləşdirilməsi məcburi deyil. Adıçəkilən təşkilat və qurumlar isə əldə etdikləri ianə və qrantların məbləği, eləcə də vəsaitin xərclənmə istiqaməti ilə bağlı Maliyyə Nazirliyinə hesabat verəcək.

Deputat Çingiz Qənizadənin sözlərinə görə, dəyişikliklərin əsas məqsədi şəffaflığın təmin olunmasına yönəlib. Qanuna əməl etməyən hüquqi və vəzifəli şəxslər cərimə olunacaq. Lakin təkliflərdə nəzərdə tutulan nəzir qutularına yığılan vəsaitlərə nəzarətlə bağlı əlavə və dəyişikliklər qanunda öz əksini tapmayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
209

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
519
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 19:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru