Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2013
08:53
Sumqayıt sakinindən 500 qr narkotik aşkarlanıb
Şübhəlinin cibindən 0.67 qram, həyətindəki toyuq damından 457 qr narkoti8k tapılıb

Sumqayıt şəhər polis idarəsi narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları yarım kiloqrama yaxın narkotik vasitəni dövriyyədən çıxarmağa müvəffəq olub. Polis əməkdaşlarının şübhəli şəxs qismində saxladığı 31 yaşlı Abdullayev İbrahim Tasim oğlunun üzərinə keçirilmiş baxış zamanı ilkin olaraq ondan 0,67 qram tiryək aşkarlanaraq götürülüb.

Sumqayıt ŞPİ-nin müstəntiqi Ayaz Qədiyev şübhəli şəxsin həyətindən də xeyli miqdarda narkotik madə tapıldığını deyib. “Evinə keçirilmiş baxış zamanı heç bir şey çıxmasa da həyətdəki toyuq damından 457 q qurudulmuş marixuana aşkar edilərək götürülüb”.

Qeyd edək ki, 31 yaşlı İbrahim Abdullayev analoji əməlinə görə bir dəfə məhkumluq həyatı da yaşayıb. İndi onu növbəti həbs cəzası gözləyir. Artıq fakla bağlı Sumqayıt şəhər polis idarəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
1186
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 09:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru