Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2013
17:20
Arif Yunus: “Lazım gəlsə Rüstəm İbrahimbəyovun cibinə narkotik də atacaqlar”

“Hakimiyyətin Rüstəm İbrahimbəyova qarşı təzyiq və repressiya kampaniyası onun aktiv siyasi fəaliyyəti ilə bağlıdır. Nəysə axtarırlar ki, onun vasitəsilə rəqiblərini sıradan çıxarsınlar. Əgər bu gün vergidən yayınma ilə hücuma keçiblərsə, sabah başqa variantlara əl atacaqlar. Lazım olsa Rüstəm bəyin cibinə narkotik atacaqlar, və ya üzərindən, evindən silah çıxaracaqlar ki, onu sıradan çıxarsınlar. Əsas məsələ budur.”

Bu sözləri FaktXeber.com-a politoloq Arif Yunus, Ziyalılar Forumun təsisçisi, dünya şöhrətli kinematoqraf Rüstəm İbrahimbəyova qarşı hakimiyyət tərəfindən həyata keçirilən təzyiqlərə münasibət bildirərkən söyləyib. Politoloq bildirdi ki, hakimiyyət bununla Rüstəm İbrahimbəyovu neytrallaşdırmaq istəyir: “Hakimiyyət istəyir ki, o siyasətlə məşğul olmasın. Lakin bunu hansı formada və hansı bəhanə ilə həyata keçirəcəklər bu başqa məsələdir. Necə ki, cəmiyyət tərəfindən heç kim inanmasa da islamçıları narkotik və ya silah bəhanəsi ilə həbs etdilər. Azərbaycanda kim öz əməli, sözü və digər vasitələrlə hakimiyyətə qarşı çıxırsa onlara qarşı cürbəcür təzyiq kampaniyaları həyata keçirilir. ”

“Rüstəm İbrahimbəyovun dünyadakı nüfuzunu və siyasi çəkisini nəzərə alsaq hakimiyyət bu tip təzyiqlərlə onu neytrallaşdıra biləcəkmi”, - sualını da cavablandıran Arif bəy, “ inanmıram ki, hakimiyyət bununla bağlı uğur qazansın. Rüstəm İbrahimbəyova qarşı atılan addımlar hakimiyyətin əleyhinə qurtaracaq”, - deyə bildirdi: “ Ermənilər dünya şöhrətli sənətkarları və xadimləri ilə fəxr etdiyi halda, Azərbaycan hakimiyyəti onlara qarşı gözdən salma kampaniyası həyata keçirir. Hətta Ermənistanda Rüstəm İbrahimbəyov kimi tanınmış şəxslər hakimiyyətə qarşı çıxsa belə, onlar heç vaxt onun adına xələl gətirən bir iş görmürlər. Hakimiyyət atdığı bu addımlarla hətta özü belə bilmir ki, nə edir. Bu cür kampaniya ilə Rüstəm İbrahimbəyov yox, Azərbaycan hakimiyyəti biabır olacaq.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
419

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
357

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
351

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
370

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
368

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
483

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
481

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
474

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
547
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 05:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru