Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2013
16:02
Rusiyada 106 ton narkotik maddə ələ keçirilib
Ölkədə 2012-ci ildə aparılan araşdırmalar zamanı 116 min 119 vətəndaş barəsində istintaq açılıb

"2012-ci ildə 106 ton qeyri-qanuni narkotik maddə ələ keçirilib. Bu isə ötən illə müayisədə 70 faiz artımın olduğunu göstərir." FaktXeber.com-un "İnterfax" agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri təşkil olunan mətbuat konfransında Rusiya Federal Narkotiklərlə Mübarizə İdarəsinin (FSKN) rəhbəri Viktor İvanov açıqlayıb. Onun sözlərinə görə, hüquq mühafizə orqanları 218 min 974 cinayət hadisəsi ortaya çıxarıb.

Qeyd edək ki, Rusiyada 2012-ci ildə aparılan araşdırmalar zamanı 116 min 119 vətəndaş barəsində istintaq açılıb. FSKN rəhbəri Viktor İvanov ötən həftə mətbuata verdiyi müsahibəsində bildirib ki, ölkəsində narkotik istifadəçilərinin sayı 9 milyon nəfərə çatıb. Rusiyada narkomanların 90 faizi isə heroinə üstünlük verir ki, bu da dünyaya Əfqanıstandan gətirilir.

Məlumat üçün bildirək ki, Rusiyada heroin bazarı 6 milyard dollar təşkil edir. Rəsmi məlumatlara görə, ölkədə hər il 30-40 min insan narkotik maddələrdən dünyasını dəyişir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
419

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
357

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
351

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
380

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
368

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
498

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
481

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
474

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
552
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 06:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru