Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2013
15:59
Səudiyyə Ərəbistanının baş müftisi Suriyada döyüşməyi haram etdi
Sələfilərin əsas alimi sayılan və dövlətə yaxınlığı ilə tanınan Ali Şeyx Suriyaya döyüşmək üçün getməyi qadağan edib

FaktXeber.com-un "Watan" saytına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının baş müftisi Əbdüləziz Ali Şeyx Suriyada mövcud durumla bağlı yeni fətva verib. Sələfilərin əsas alimi sayılan və dövlətə yaxınlığı ilə tanınan Ali Şeyx Suriyaya döyüşmək üçün getməyi haram edib. Əbdüləziz Ali Şeyxin fikrincə, Suriyada döyüşmək əvəzinə bu ölkəyə maliyyə yardımı etmək daha yaxşıdır. Səudiyyə Ərəbistanının baş müftisi bu fətvasını Dimam şəhərində imam-cümələri ilə görüşündə səsləndirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud Əl-Feysəl də misirli həmkarı Məhəmməd Kamil Əmrlə keçirdiyi mətbuat konfransında söyləyib ki, Suriyadakı böhranın sülh yolu ilə həll etmək məqsədəuyğun sayılmasa da, ancaq bu ölkənin gələcək taleyini suriyalıların öhdəsinə buraxmaq lazımdır.

Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanı dövləti və onun baş müftisinin bu mövqeyi, artıq Suriyada Bəşşar Əsəd hakmiyyətinin devrilməyəcəyini ortaya qoyub. Suriya ilə bağlı mövqelərində dəyişiklik edən rəsmi Riyad, müxaliflərin məğlub olduğunu anlayaraq yeni siyasət yürütməyə başlayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
400

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
407

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
548

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
595
Şərhlər
mohyeddin tərəfindən 09-01-2013 14:15:19 tarixində yazıldı
..
men izleyennen bu sat muxaliflerin meglubiyyetinnen yazir,hemde bu jurnalsit oz bildirir,bes eger sabah esed yixilsa yenede cixib sehv informasiya verdiyine gore uzr isteyecekmi?
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 21:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru