Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Dekabr

2012
14:50
MTN-dən narkotik əməliyyatı

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib, onlardan ümumilikdə 20 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb. Nazirliyin icimaiyyətlə əlaqələr şöbəsindən FaktXeber.com-a daxil olan məlumata görə, Azərbaycan Respublikasının vətəndaşları – Şahverdiyev Baba Zakir oğlu, Əliyev Ceyhun Firudin oğlu, Şıxəliyev Nurəli Əliabbas oğlu, Həsənov İlham Sumbat oğlu, Bayramov Elşən Güloğlan oğlu və Heydərova Günel Rəhim qızı saxlanılıb. Məlum olub ki, adları çəkilən şəxslər və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Rusiya Federasiyası istiqamətindən gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib Azərbaycan Respublikasına gətiriblər.

Müəyyən edilib ki, Baba Şahverdiyev, Ceyhun Əliyev, Nurəli Şıxəliyev, İlham Həsənov, Elşən Bayramov, Günel Heydərova və qeyriləri cinayət əlaqəsinə girərək Rusiya Federasiyasının Moskva şəhərində külli miqdarda narkotik vasitə olan 125,46 qram kokain və sintetik narkotik vasitə olan 72,83 qram metadon əldə ediblər. Qrupun üzvləri həmin narkotik vasitələri “DVD player”in içərisində gizlədib “Moskva-Bakı-Moskva” reysi üzrə hərəkət edən «İkarus» markalı avtobusla «Samur» gömrük məntəqəsindən gizli keçirərək Bakı şəhərinə gətirərkən cinayət başında yaxalanıblar.

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Məhərrəmov Dövlət Hüseyn oğlu saxlanılıb. Müəyyən edilib ki, Dövlət Məhərrəmov, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Şəhram adlı vətəndaşı və qeyriləri tamah niyyəti ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni İran istiqamətindən qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycana gətiriblər.

Məlum olub ki, dekabr ayının ortalarında Dövlət Məhərrəmov İran İslam Respublikasının Astara şəhərinə gedib və orada tanışı Şəhram adlı iranlı ilə külli miqdarda narkotik vasitənin qaçaq yolla Azərbaycana gətirilməsi barədə razılaşıblar. Şəhram adlı iranlı həmin narkotik vasitəni qaçaq yolla Azərbaycan Respublikasının Astara rayonunun Telmən kəndinin ərazisinə keçirmiş və əvvəlcədən müəyyən edilmiş yerdə gizlədiblər. Dövlət Məhərrəmov həmin gizli yerdən içərisində külli miqdarda narkotik vasitənin olduğu bağlmanı götürərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. Keçirilmiş baxış zamanı həmin bağlamanın içərisindən 19 kiloqram 278,71 qram həşiş qətranı aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılmışdır. Adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq-əməliyyat tədbirləri davam edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
115

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
140

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
180

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
302
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 17:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru