Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Dekabr

2012
15:15
Hollandiya da Türkiyəyə 2 “Patriot” verdi
RƏM sistemi ilə birgə 360 nəfər də əsgər göndəriləcək

Hollandiyada Parlamentinin alt qanadını təşkil edən Nümayəndələr Məclisi Türkiyənin Suriya sərhədinə yerləşdirmək üçün NATO-dan istədiyi "Patriot" RƏM sistemlərinin göndərilməsini təsdiqləyib.

FaktXeber.com-un verdiyi məlumata görə, Hollandiya Məclisində gecə saatlarında keçirilən iclasda iqtidardakı Liberal Partiya (VVD) və İşçi Partiyası (PvdA) ilə birlikdə müxalifətdəki Demokratlar 66 (D66), Xristian Demokratlar Birliyi (CDA), Xristian Birlik (CU), Yaşıl Sol (GL) və İslahatçı Dövlət Partiyası (SGP) "Patriot"ların göndərilməsi istiqamətində lehinə səs veriblər. Radikal sağçı Geert Vildersin rəhbəri olduğu Azadlıqlar Partiyası (PVV) ilə Sosialist Partiya (SP) isə əleyhinə olublar.

Hökumətin qərarına dəstək verən millət vəkillərinə təşəkkür edən xarici işlər naziri Frans Timmermans, "Patriot"ların tamamilə müdafiə məqsədiylə vəzifə yerinə yetirəcəyini söyləyib.

Bu qərarla Türkiyəyə 2 ədəd "Patriot" sistemi ilə birgə 360 əsgər göndəriləcək. 8 yanvar 2013-cü il tarixində gəmiylə göndəriləcək raketlərin yanvar ayının ikinci yarısında aktivləşdiriləcək.

Türkiyədə bir il qalacaq Hollandiya hərbi missiyasının xərcinin təxminən 42 milyon avro olacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə hökuməti əvvəlcədən "Patriot" sistemləri ilə bağlı bütün xərclərin NATO üzərində olacağını açıqlasa da, sonradan bu xərclərin Türkiyə tərəfindən ödənəcəyi bildirildi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
172

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
185

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
215

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
355
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 02:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru