Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2012
12:36
1700 narkotik laboratoriya aşkarlanıb
Rusiyada narkotikdən istifadə yaşı 11-ə düşüb

Rusiya Federal Narkotiklə Mübarizə Xidmətindən verilən açıqlamada bildirilir ki, yalnız 2012-ci ildə 1700-dən çox həvəskar narkotik laboratoriya zərərsizləşdirilib.

FaktXeber.com-un verdiyi məlumata görə, narkotik laboratoriyalara qarşı təşkil edilən əməliyyatlarla əlaqədar açıqlamada bildirilir ki, aşkarlanan yerlərin 23-ü satış məqsədli sintetik dərman istehsalı ilə məşğul imiş.

Məstedici təsiri olan "Amfetamin" istehsalı edən bir bazanın da bağlanıldığını deyən səlahiyyətlilər, "hər ay orta hesabla 30 kiloqram narkotik istehsal edirmiş. İstehsalın hamısını Moskva və ətrafında satışa çıxarırmışlar. Bir kiloqram heroin və çoxlu miqdarda "Amfetamin" ələ keçirdik...", - söyləyib.

Təhlükəsizlik əməkdaşları narkotik mərkəzində tapdığı dörd metal qabda da radioaktiv maddəyə rast gəlib. Səlahiyyətlilər qablarla Çernobldan torpaq daşındığını deyib.

Federal Narkotiklə Mübarizə Xidmətinin məlumatlarına görə, Rusiyada narkotik istifadə edənlərin sayı 8,5 milyona çatıb. 88 min nəfər barədə əməliyyat keçirilib, 85 ton narkotik müsadirə olunub.

Narkotikdən istifadə yaşanın 11-ə qədər düşdüyünə diqqət çəkən səlahiyyətlilər, "yanvar-sentyabr tarixləri arasında polis 104 min 900 narkotik hadisəsinə müdaxilə edib. Bunlardan 66 mini ciddi hadisədir", - deyir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
116

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
140

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
180

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
302
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 17:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru