Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Oktyabr

2012
10:10
İtaliya vermaxtın 3 əsgərini azadlığa buraxdı
Onlar 68 ildir həbsdə imişlər

FaktXeber.com-un verdiyi məlumata görə, İtaliyanın Hərbi Apellyasiya Məhkəməsi oktyabrın 26-da ömürlük həbsə məhkum edilmiş Almaniyanın "Hermann Gering" desant-tank diviziyasının 3 əsgərini azadlığa buraxıb.

İtaliya türmələrində ömürlük həbs cəzasına məhkum edilmiş alman əsgərlərinin yaşları 90 həddindədir. Hazırda onlardan 3-nün həbsi davam edir. Daha 3 nəfər isə həbsdə dünyasını dəyişib.

2011-ci ilin iyulunda Hərbi Məhkəmə qərar çıxarmışdı ki, sözügedən əsgərlər 1944-cü ildə İtaliyanın Apennin kəndində kütləvi qırğın həyata keçiriblərmiş. Həmin vaxt vermaxtın əsgərləri ən azından 350 nəfər qətlə yetiriblərmiş.

Qeyd edək ki, İtaliya birmənalı olaraq Almaniyadan nasistlərin törətdiyi əməllərə görə kompensasiya tələb edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
199

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
509
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 18:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru