Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Oktyabr

2012
16:39
“Narkoman narkotikdən asılı olduğu kimi, Azərbaycan dövləti də neftdən asılıdır”
Zərdüşt Əlizadə: “10 minlərlə yüksək ixtisaslı alimimiz peşəsini itirərək bakkuş satan olub”

bp və Azərbaycan hökuməti arasında gərginliyin yaşandığı bir dövrdə ARDNŞ prezidenti Rövnəq Abdullayevlə, bp-nin rəhbəri Bob Dadlin arasında Londonda görüş baş tutub. Görüş zamanı Azərbaycan dövlətinin və Azəri-Çıraq-Günəşli (AÇG) tərəfdaşlarının mənafeyi üçün yatağın neft hasilatının idarə olunması məsələsində ARDNŞ və tərəfdaşlar qrupu ilə yaxından işləməyə davam edilməsi razılaşdırılıb. Görüşdən sonra bp rəhbəri açıqlama verib ki, bp Azərbaycana və dünyanın ən böyük neft yataqlarından biri olan AÇG kompleksinin səmərəli idarə olunmasına tam sadiqdir. Mövzu ilə bağlı tanınmış politoloq Zərdüşt Əlizadə FaktXeber.com-un suallarını cavablandırıb. 

- Zərdüşt bəy Londonda imzalanan bu razılaşmanı şirkətlə Azərbaycan arasında yaranmış gərginliyin həlli kimi qiymətləndirmək olarmı?

- Azərbaycan tərəfi artıq sovet dövründən etibarən neft yataqlarını kəşf etmişdi. Rəsmi Bakı çalışırdı ki, xarici sərmayədarlara bu yataqları baha qiymətə satsın ki, onlarda bu işə maya qoysunlar. Çünki həmin dövrdə Azərbaycanın imkanı yox idi. Həm Azərbaycan tərəfi, həm də xarici sərmayədarlar bu işdə maraqlı idilər ki, yataqlarda olan neftin miqdarını çox göstərsinlər. Azərbaycan tərəfi yüksək qiymət tələb etmək, xarici şirkətlər isə dünya birjalarında öz səhmlərini artırmaq üçün belə edirdilər. Bundan sonra ingilislər Azərbaycana gələrək sərmayə qoydular. Deyilənə görə 30 milyard dollara yaxın sərmayə qoyublar. Amma mən buna inanmıram. Eyni halda 73 milyard dollar da artıq götürüblər. Halal xoşları. Çünki biznesin qaydası pul qoyub qazanc götürməkdən ibarətdir. Qabaqcadan proqnoz vermişdilər ki, 2012-ci ildən etibarən neftin hasilatı azalacaq. Azərbaycan tərəfi isə neft yataqlarının cazibəsini artırmaq üçün xarici dövlətlər və şirkətlər söyləməyə başlayıb ki, hələ alt qatlarımızda  və ümumilikdə Xəzərdə 2 milyarda barelə yaxın neft var. Hərçənd ki, ortalıqda dəqiq bir nəticə yoxdur. Bakı-Ceyhan neft kəməri ilə hər gün 1 milyon ton neftin gedəcəyi nəzərdə tutulmuşdu. Lakin bu özünü doğrultmadı. Geoloqların və digər mütəxəssislərin dedikləri özünü doğrultdu ki, AÇG neft yatağı Bakı-Ceyhan neft kəmərinə gücü çatmadı. Qərb şirkətlərinin sərmayələri ödəndikdən sonra, müqaviləyə uyğun olaraq pay bölgüsünün göstəriciləri artdı. Belə ki, Azərbaycanın payı 80%-ə qalxdı, bp-nin isə 20%-ə düşdü. Hazırda Azərbaycanın pula heç bir ehtiyacı yoxdur. Ölkənin büdcəsi tamamilə neft pulları ilə dolub. İstədikləri formada da bəd xərclik edirlər. Pullar ancaq yolların bazar qiymətlərindən 5 dəfə artıq qiymətə çəkilməsinə, binaların üstünün qaşınmasına, “Avroviziya” kimi mənasız tədbirlərin keçirilməsinə xərclənir. Amma bunlara baxmayaraq Azərbaycanın yenə də pula ehtiyacı yoxdur. Ölkənin 70 milyard dollar pulu var ki, bu pullar dünya banklarındadır. İnflyasiyanın səviyyəsini də nəzər alsaq, bu o deməkdir ki, Azərbaycan pulları yavaş-yavaş ölür. Hazırkı dövrdə Azərbaycan tərəfi maraqlı olmalıdır ki, neft yerin altında qalsın. Azərbaycan isə neftin pula çevrilməsi üçün tələsir. Ona görə ki, gələcəyinə inanmır. Gələcəkdə bütün qiymətlər dəyişəcək. Çox güman ki, neftin qiyməti gələcəkdə bahalaşacaq. Xarici şirkətlərdən hasilatın artırmasını istəyirlər. Bunun üçün də milyardlarla sərmayəyə ehtiyac var. Həmin pullar da yalnız Azərbaycan nefti hesabına ödəniləcək.  bp ilə bağlı baş verənlərin hamısı oyundur. Prezident bp-ni hədələyir ki, hasilatı artırmaq lazımdır. Xalq deyə bilməzlər axı hasilatın artırılması üçün 60-70 milyon ton neft Qərbin cibinə getməlidir. Ona görə bp-ni ittiham edirlər. Onlarda deyirlər ki biz yenidən sərmayə qoymalıyıq və əvvəlki illərdə ki, xarici mütəxəssislər gəlib 10-15 min dollar maaş almalıdır və.s. Bizimkilərə də yeni pullar gələcək deyə dəstək verirlər. 

- Baş verən proseslərdən Azərbaycan xalqının xeyri nə oldu?

- Azərbaycan müstəqillik qazandıqdan sonra dünya bazarlarına yüzlərlə məhsul çıxaran zavodlarımız bağlandı. Yüz minlərlə ixtisaslı fəhlə və mühəndisimiz işsiz qalıb. Eyni halda 10 minlərlə yüksək ixtisaslı alimimiz öz peşəsini itirərək bakkuş satan olublar. Baş verən proseslər nəticəsində neft hasilatından asılı olan bir ölkəyə çevrilmişik. İndi də bu neftin hesabına çoxlu binalar tikilib və binalarda da çoxlu məmurlar yaşayırlar. Narkoman narkotikdən asılı olan kimi, Azərbaycan dövləti də neftdən asılıdır. Neft olmasa Azərbaycan çökəcək. Hakimiyyət isə pulların gəlməsin də maraqlıdır. Camaatda qəzəblənib ki, bp-ni niyə belə edir? Guya artırsa və ya azaltsa xalq üçün hər hansı bir faydası olacaq ki? Onsuzda əhali dilənçi maaşı alırdı. Hakimiyyətdə olanlardan kimlərin neft əmirləri yaşaması hamıya bəllidir. 9 milyon əhalidən yalnız 1 milyonu neft gəlirlərindən çox və ya az olmaqla gəlir götürür. Yerdə qalan 8 milyona isə heç nə çatmır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
424

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
357

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
351

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
385

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
373

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
508

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
486

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
474

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
552
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 06:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru