Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Oktyabr

2012
10:46
Aeroporta yeni yol çəkilir
Bakı şəhərinin mərkəzindən - Heydər Əliyev prospektinə paralel olaraq Qələbə Meydanından birbaşa Böyükşor yol qovşağı ilə birləşən yeni avtomobil yolu tikiləcək

Layihənin icraçısı olan «Akkord» şirkətindən verilən məlumata görə, yol başlanğıcını Həsən Əliyev küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsindən götürəcək, Böyükşor yol qovşağınadək uzanacaq. Yeni yolun uzunluğu 7,3 km, hərəkət zolaqlarının sayı 6-dır (3+3). Yol boyunca ümumi uzunluğu 3 000 metr olan 4 körpü, eləcə də ümumi uzunluğu 1 200 metr olan 5 tunelin inşası nəzərdə tutulub.

Şirkətdən verilən məlumata görə, yeni yol Həsən Əliyev küçəsindən başlayaraq Keşlə qəsəbəsi və «Ulduz» metro stansiyasının yaxınlığından keçməklə «Koroğlu» metro stansiyasının yanındakı yol qovşağına birləşəcək və aeroporta istiqamətlənəcək. Belə ki, yol Həsən Əliyev küçəsindən Aşıq Molla Cümə küçəsi, Əhməd Rəcəbli küçəsi, Əliyar Əliyev küçəsi, dəmir yolları, «Depo», metro yolu və Ələsgər Qayıbov küçəsi üzərindən davam edərək Volodarski küçəsinə qovuşacaq və həmin küçə ilə davam edəcək. Bundan sonra yol Müzəffər Nərimanov küçələri ilə kəsişərək Gön Dəri Zavodu qarşısında Ziya Bünyadov prospektinə birləşəcək.

Gələcəkdə yeni yolun Ziya Büyadov prospekti altından 6 zolaqlı alt keçid tipli yolötürücüsü ilə davam edərək, Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində Heydər Əliyev prospektinə üst keçid tipli yolötürücü vasitəsi ilə birləşdirilməsi planlaşdırılır. Bu qovşağın ümumi uzunluğu 2 205 metr təşkil edir. Gələcəkdə tikintisi nəzərdə tutulan bu qovşaqda inşası planlaşdırılan yeni Olimpiya Kompleksinə giriş-çıxış yollarının təmin olunması da nəzərdə tutulub.

Yeni yolun Aşıq Molla Cümə küçəsi ilə kəsişməsində yeni piyada keçidinin tikintisi nəzərdə tutulub. Piyada keçidinin tikintisi Azərbaycan Dövlət İqtisad Universitetinin buradakı binasının qovşağa yaxın ərazidə olması, tələbələrin və vətəndaşların təhlükəsiz keçidini təmin etmək məqsədi daşıyır.

Digər piyada keçidləri yolun Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində, «Ulduz» metro stansiyasına yaxın ərazidə, Volodarski və Müzəffər Nərimanov küçələri ilə kəsişmədə, eləcə də Gön Dəri Zavodunun qarşısında tikiləcək.

Yolun keçəcəyi ərazilərdə bəzi obyektlərin söküntüsü planlaşdırılır. «Gələcəkdə tikintisi nəzərdə tutulan bu qovşaqda inşası planlaşdırılan yeni Olimpiya Kompleksinə giriş-çıxış yollarının təmin olunması da nəzərdə tutulur», - deyə «Akkord»dan bildirilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
316

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
466
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 04:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru