Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Oktyabr

2012
16:23
Vüqar Bayramov
“Şirkətin ölkədən qovulması Azərbaycanın istər iqtisadi, istərsə də digər maraqlarına cavab vermir”

“bp Azərbaycanda ən çox investisiya yatıran şirkətlərdən biridir. bp ölkədə digər layihələrin də həyata keçirilməsində yaxından iştirak edib. Xarici investisiyalar içərisində Böyük Britaniyanın böyük pay sahibi olması da məhz bp ilə əlaqədardır. Ola bilsin ölkə başçısının tənqidi çıxışından sonra, bp-Azərbaycan münasibətləri yenidən gündəmə gətirildi.” Bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov, FaktXeber.com-un “ bp Azərbaycanla işləməkdən imtina edə bilərmi” , - sualını cavablandırarkən söyləyib. Ekspert onu da bildirdi ki, ölkə başçısının çıxışı bp-nin ölkəni tərk etməsinə səbəb olmayacaq: “Düzdür ki, Azərbaycanın bp qarşısında neft hasilatının artırılması və digər məsələlərlə bağlı tələbi var. Azərbaycan bu tələblərin həyata keçirilməsini istəyir. Nəzər alsaq ki, 2010-cu ildə 51 milyon ton neft hasil edilmişdi. 2011-ci ildə bu göstərici 46 milyon tona qədər azaldı. 2012-ci ildə isə təxminən 44 milyon ton qədər neft hasilatı nəzərdə tutulur. Bu baxımdan 2010-cu ildə sonra neft hasilatında kəskin azalmalar müşahidə edilir. Neft ölkələrinin təcrübəsində də vardır ki, neft hasilatının birdən-birə azalması ölkə iqtisadiyyatına ciddi şəkildə təsir göstərir.” 

Dünya bazarlarında neftin qiymətinin baha olmasının Azərbaycanı bu təsirlərdən sığortaladığını bildirən ekspert, “bp-nin Azərbaycanı tərk etməsini proqnozlaşdırmıram. İnanmıram ki, bp belə bir qərar versin. Çünki bu əməkdaşlıq hər iki tərəf üçün əlverişlidir ”,- deyə bildirdi: “Bp ilə Azərbaycan arasında olan son müzakirələr və prezident tənqidi əslində onunla bağlıdır ki, bp öhdəliklərinə əməl etsin. Hesab edirəm ki, bp bundan sonra üzərində düşən öhdəliklərə daha da ciddi yanaşacaq.” 

Sonda Vüqar bəy qeyd etdi ki, hazırda bp ilə əməkdaşlıqdan imtina olunması və ya şirkətin ölkədən qovulması Azərbaycanın istər iqtisadi və istərsə də digər maraqlarına cavab vermir: “Prezidentin tənqidini heç də bp-nin ölkədən qovulması kimi qiymətləndirmək olmaz.”    

Məqalədə : Vüqar Bayramov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
450

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
462

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
583

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
635
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 23:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru