Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2011
13:14
KOLBASA SEXİNDƏ PARTLAYIŞ TƏLƏFATA SƏBƏB OLUB - YENİ
Bakıda partlayış baş verib. Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə səhər saat 11:30 radələrində Nərimanov rayonu, Ağa Nemətulla küçəsində baş verib. Partlayışın ərazidə fəaliyyət göstərən kolbasa sexində qeydə alınıb

Bakıda partlayış baş verib. Daha sonra yanğın başalayıb. Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə səhər saat 11:30 radələrində Nərimanov rayonu, Ağa Nemətulla küçəsində baş verib. Partlayışın ərazidə fəaliyyət göstərən kolbasa sexində qeydə alınıb.
Hadisə yerinə 3 yanğınsöndürən maşın yollanıb. Hadisənin nə səbəbdən baş verdiyi barədə hələlik məlumat verilməyib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb.
ANS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, partlayış zamanı daha bir nəfər yaralanıb. Ölənlərin və yaralananların şəxsiyyətləri hələlik açıqlanmayıb.

Hadisə baş verən ərazi polislər tərəfindən mühasirəyə alınıb. Sex əməkdaşlarının yaxınlarıda hadisə yerinə buraxılmırlar. Qeyd edək ki, hadisə şahidlərinin sözlərinə görə, partlayışa səbəb qaz sızması olub. Partlayış dalğası yaxın 1 km ərazidə yerləşən binalarda da hiss edilib. ans

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
396

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
556
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 10:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru