Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2011
17:36
LAVROV: `İSTANBUL GÖRÜŞLƏRİ NƏTİCƏSİZ OLDU`
Rusiya Xarici işlər Naziri Sergey Lavrov, İstanbulda keçirilən İranın nüvə proqramı mövzusunda baş tutmuş görüşləri tamamilə nəticəsiz olduğunu söyləyib

FaktXeber.com-un Reuters-ə istinadən verdiyi məlumata görə, Lavrov, 47-ci Münih Təhlükəsizlik Konfransında etdiyi çıxışda, İranın nüvə proqramı ilə əlaqədar yeni bir yol xəritəsinin təyin olunması lazım olduğunu qeyd edərək, İstanbulda keçirilən görüşlərin heç bir nəticə vermədiyini bildirib.  Bundan əlavə Lavrov, bu danışıqlar üçün yeni bir planın hazırlanmadığı halda müsbət nəticələrin əldə olunmasının mümkün olmayacağını söyləyib.

İranın atdığı addımdan geri çəkilməyəcəyi təqdirdə, bu ölkəyə qarşı sanksiyaların tətbiq olunmasının qaçılmaz olduğunu deyən Lavrov, hələlik heç bir sanksiyanı  qəbul etməyəcəklərini bildirib. Lavrov, "Hal-hazırda Misirdə baş verən hadisələrdə, kimi dəstəkləyirsiz? Hakimiyyəti yoxsa xalqı?" sualına belə cavab verib.

"Ölkədə baş verən hadisələr sona çatdıqdan sonra nəticənin necə olacağı məlum olacaq. Bu məsələlərdə Misir xalqı özü öz müqəddaratını həll etməlidir. Ancaq vəziyyətin belə davam edə bilməyəcəyək. Ölkədə dialoqun qurulmasına ehtiyac var."

Avropadakı ortaq raketdən müdafiə sistemi mövzusunda da daha çox şəffaflıq göstərilməsini istəyən Lavrov, bu mövzuda əməkdaşlıq edəcəklərini qeyd edib. NATO ilə əməkdaşlığı böyük miqyasda inkişaf etdirdiklərini bildirən Lavrov, NATO-ya üzv olan ölkələrin hal-hazırda heç bir ölkəyə hücum etməyəcəklərini və bundan əlavə üzv ölkələrə  hücum olduğu halda NATO-nun üzv ölkələrlə tamamilə müdafiəyə keçməsini nəzərdə tutan 5 maddənin yenilənməsini lazım olduğunu bildirib.

Emin Nəsirli


Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda saxlanılan şəxs polis şöbəsindən qaçdı

04

Avqust
16:49
HÜQUQ,HADİSƏ
664

Prezident Təhsil Nazirliyinə 7 milyon ayırdı

04

Avqust
15:24
İQTİSADİYYAT
706

Müdafiə Nazirliyi məlumat yayıb

04

Avqust
14:57
HƏRB
640

“Azeri Light” nefti ucuzlaşıb

04

Avqust
11:12
İQTİSADİYYAT
811
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2021 05:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru