Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2011
11:45
Həftəsonu ölkə ərazisində buludlu hava hökm sürəcək
Azərbaycanın rayonlarında havanın yağıntılı olacağı ehtimalı var

Bookmark and Share


Həftəsonu ölkə ərazisində buludlu hava hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün havanın dəyişkən buludlu, əsasən yağmursuz hava proqnozlaşdırılır. Axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti təşkil edəcək.

Yanvarın 23-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 8-10° isti təşkil edəcək.

Yanvarın 24-də də dəyişkən buludlu, əsasən yağmursuz hava hökm sürəcək. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 8-11° isti olacaq.

Azərbaycanın rayonlarında bu gün gecə və səhər bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var.
Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti.
gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Yanvarın 23-24-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
630

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
827

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
644
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-05-2021 00:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru