Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2011
11:23
Narkotik asılılığına qarşı vaksin
Amerikalı alimlər yeniliyə imza atıblar

Bookmark and Share

Veyll Kornel Tibb Kollecinin həkimi Ronald Kristallın rəhbərliyi altında amerikalı alimlər narkoloji asılılığı aradan qaldıra biləcək vaksin hazırlayıblar. Alimlər vaksini ilk olaraq siçanlar üzərində təcrübədən keçiriblər.
Onlar ilk sınaqdaca müəyyənləşdiriblər ki, vaksin siçanların orqanizmində kokainə qarşı güclü immunitet yaradır.

Vaksinin tərkibinə isə qrip virusu hissəcikləri daxildir. Vaksinin effektivliyinin sirri isə ondan ibarətdir ki, məhlul orqanizmə düşən kimi immun sisteminin cavab reaksiyası ilə qarşılaşaraq kokainin beyinə təsir etməsinin qarşısını alır. Bu isə öz növbəsində orqanizmin kokaini bakteriya kimi qəbul edərək onun hissəciklərini parçalamağa gətirib çıxarır.

Vaksin orqanizmə yeridildikdən sonra effektivlik 13 həftə ərzində müşahidə edilir. Vaksinin orqanizmə yüksək miqdarda kokain qəbul edildikdə belə öz təsirini itirmədiyi də deyilir. ans

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMB-nin valyuta məzənnələri

28

Sentyabr
09:14
İQTİSADİYYAT
225

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
390
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2021 11:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru