Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyul

2009
17:19
Azərbaycanda 4 tondan artıq narkotik bitki məhv edilib
Azərbaycan daxili işlər orqanlarının əməkdaşları tərəfindən külli miqdarda narkotik bitki aşkarlanıb

FaktXəbərin ölkə mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan daxili işlər orqanlarının əməkdaşları tərəfindən külli miqdarda narkotik bitki aşkarlanaraq məhv edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Yevlax RPŞ əməkdaşları tərəfindən Salahlı kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 1 ton 209 kiloqram olan 7817 ədəd, DİN BNMİ-nin Qərb Bölgəsində Regional Şöbəsi və Göygöl RPŞ əməkdaşları tərəfindən rayon ərazisindən yabanı halda bitmiş, çəkisi 2 ton 543 kiloqram olan 1816 ədəd, Ağdaş RPŞ əməkdaşları tərəfindən Yuxarı Qəsil kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 1130 kiloqram olan 1756 ədəd çətənə kolları yığılaraq məhv edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
1166
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 07:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru