Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 İyun

2010
10:56
Daha bir kolbasa firması çökdürülür
"Səhliyalı" şirkətinin kolbasalarının tərkibində nişasta aşkarlanıb

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən «Səhliyalı» kiçik müəssisəsində istehsal olunan ət məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi başa çatıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən bişmiş «Şərq» kolbasası, əla növ «Səhər» sardelkası və «İveriya» sosiskasının tərkibində nitritin kütlə payının normadan artıq olduğu müəyyən edilib.

Bundan başqa, normativ sənədlərə əsasən, əla növ bişmiş «Südlü» və «Lyubutelskaya» kolbasalarının tərkibində nişasta (kraxmal) olmasına yol verilmədiyi halda, bu məhsulların tərkibində nişastanın kütlə payının müvafiq olaraq 5,1% və 5,4% təşkil etdiyi aşkar olunub.

Ümumiyyətlə, aparılmış müayinələr nəticəsində müəssisənin 16 adda ət məhsulunda nişastanın kütlə payının normadan çox olduğu müəyyən edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
396

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
556
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 10:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru