Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2009
10:17
İstehsalı və satışı qadağan olunmuş kolbasaların siyahısı açıqlanıb
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən istehsalına və satışına qadağa qoyulmuş kolbasa məmulatlarının siyahısı açıqlanıb.

Komitənin mətbuat xidmətindən “APA-ECONOMICS”ə verilən məlumatda bildirilir ki, son günlər istehlakçılar arasında kolbasa və sosiska məhsullarının keyfiyyəti və standarta uyğun olub-olmadığı haqqında müxtəlif fikirlər dolaşmaqdadır. Vətəndaşların bu sahəyə həssaslıqla münasibət göstərdiyini nəzərə alaraq və yaranmış fikir ayrılıqlarına son qoymaq məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən istehsalına və satışına qadağa qoyulmuş kolbasa və sosiska məmulatlarının siyahısını açıqlayıb. İstehsalı və satışı qadağan olunmuş kolbasa məmulatları bunlardır:

İstehsalçı: “İlahə-96” müəssisəsi
- əla növ yarım hisə verilmiş “Halal Prima”, “Halal Bon Appetite”, “Tallinskaya”, “Slavyanskaya”
- əla növ “Halal” sosiska
- bişmiş hisə verilmiş “Donuz piyi”, “Toyuq budu”

İstehsalçı: F/ş. H.A.Quliyev
- bişmiş hisə verilmiş I növ “Servelat Moskva”
- bişmiş əla növ “Hind toyuğu”
- bişmiş I növ “Halal” sosiska

İstehsalçı: “Orxan-SS” firması
- “Kristal kopçennaya” sosiskaları
- “Halal” sosiskaları
- “Halal Kristal” sordelkaları, əla növ
- bişmiş “Halal” kolbasaları, əla növ
- bişmiş “Halal Prima doktorskaya” kolbasaları, əla növ
- bişmiş “Kopçennaya” kolbasaları, əla növ
- bişmiş, hisə verilmiş “Moskovskaya servelat” kolbasaları, əla növ
- bişmiş, hisə verilmiş “Kristal” kolbasaları, əla növ

İstehsalçı: “Azərdad” MMC
- “Halal” sosiskaları
- “Halal” sardelkaları
- bişmiş “Hind toyuğu”, əla növ
- bişmiş “Halal həvəskar” kolbasaları, əla növ
- bişmiş “Halal pəhriz” kolbasaları, əla növ

İstehsalçı: “Koral-F” MMC
- “Halal həvəskar” kolbasaları
- I növ yarım hisə verilmiş “Ukraynskaya” kolbasaları
- bişmiş əla növ “Halal pəhriz” kolbasaları
- bişmiş əla növ “Kurinaya” kolbasaları
- “Halal” sosiskaları
- yarım hisə verilmiş əla növ “Prima” kolbasaları
- bişmiş, hisə verilmiş əla növ “Delikatesnaya” kolbasaları

İstehsalçı: “Əli-Əkbəroğlu” firması
- bişmiş “Doktorskaya” sosiskaları
- bişmiş, hisə verilmiş “Servelat Prima”, “Servelat Moskovskaya”, “Delikatesnaya Servelat” kobasaları
- bişmiş “Prima Halal” kolbasaları
- yarım hisə verilmiş “Prima” və “Verskaya” kolbasaları
- bişmiş “Qovyajaya” kolbasaları

Məlumatda o da bildirilir ki, hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları dövlət nəzarəti planına əsasən kolbasa məmulatları istehsalı ilə məşğul olan “Omeqa-Z” MMC və “Abşeron-2000” firmasında monitorinqlərini davam etdirirlər. Nəticələr yaxın günlərdə açıqlanacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
185

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
291
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 15:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru