Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Aprel

2010
11:29
AB ölkələrində gənclər narkotikin qurbanıdır
Avropada gənc əhali narkotikin qurbanı olur. Görülən bütün tədbirələr isə narkotik və spirtli içki istifadəsindəki böyük artımın qarşısını ala bilmir

Bookmark
and Share


Avropa Birliyi Narkotiklə Mübarizə Milli Koordinasiya yığıncağına qatılan səlahiyyətlilər, gənclərdə spirtli içki istifadəsinin narahatlıqverici ölçüdə olduğuna diqqəti çəkiblər.

FaktXeber.com-un "Der Şpigel" qəzetinə istinadən verdiyi məlumata görə, Madriddəki yığıncaqdan sonra yayımlanan yazılı açıqlamada, AB ölkələrində lisey şagirdləri (14-18 yaş arasında) arasında aparılan və son 1 ili əhatə edən bir araşdırma nəticəsində, gənclərin yüzdə 72,9 faizinin spirtli içki,  47,6 faizinin spirtli içki və siqaret, 3,9 faizinin spirtki içki, siqaret və sair, 2,5 faizinin isə spirtli içki və siqaretlə birgə kokain, ekstazi kimi digər narkotikləri də istifadə etdiyi müəyyənləşdirilib.

"Spirtli içki istifadəsi 6 dəfə, kokain istifadəsi isə 9 dəfə artıb. Spirtli içki bütün gənclərin sevdiyi kokain və ya başqa tip narkotiklərin istifadəsinə yol açan qapıdır" - deyən mütəxəssislər, xüsusilə 15-16 yaşlar arasındakı avropalı gənclərin 36 faizinin ötən ay ərzində ən azı bir dəfə sərxoş olduğuna dair statistik məlumat olduğunu bildiriblər.

Verilən məlumatlarda, İspaniya, Almaniya, Belçika, Yunan Kipri, Estoniya, Fransa, Yunanıstan, İrlandiya və Portuqaliyanın üzvü olduğu AB Narkotiklə Mübarizə Milli Koordinasiya qrupunun, 18 yaşdan aşağı gənclərin spirtli içki istifadəsinin əvvəlcədən qarşısını almaq üçün plan hazırladığı bildirilir.

AB Komissiyasının açıqladığı bir hesabata görə də, AB əhalisinin 15 faizinin sağlamlığa zərər verəcək ölçüdə nizamlı olaraq spirtli içki istehlak etdiyi bildirilir. ABŞ-da qadına təcavüz hadisələrinin 16 faizinin həddindən artıq spirtli içki qəbul edilməsi səbəbindən olduğu, hər il 60 min uşağın isə eyni səbəbdən azçəkili doğulmasına gətrib çıxardığı bildirilir. Statistikalarda ayrıca olaraq, 19-25 yaşlar arasında həddindən artıq spirt istifadənin qadınlarda yüzdə 10, kişilərdə 25 faiz ətrafında ölümə səbəb olduğu göstərilir.

Aysel

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
372

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
335

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
311

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
340

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
317

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
457

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
446

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
429

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
507
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2021 22:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru