Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2010
16:01
Eynulla Fətullayev: `Narkotik üzərimə qəsdən atılıb`
Bu gün Qaradağ rayon məhkəməsində həbsdə olan jurnalist Eynulla Fətullayevə qarşı yeni - qanunsuz narkotik saxlamaq ittihamı üzrə növbəti iclas keçirilib

İclasın əvvəlində hakim və konvoy rəisi arasında qarşıdurma olub. Jurnalistin vəkili hakimdən jurnalistin əlindən qandalı açmağı xahiş edib. Hakim buna razılıq versə də, konvoy rəisi hakimin qərarını icra etməkdən imtina edib və yazılı göstəriş istəyib. Lakin hakim qandalın açılmasında israr edib.

Daha sonra prosesdə dövlət ittihamçısı çıxış edib. O bildirib ki, 2009-cu il dekabrın 29-da 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin üzərindən 0,22 qram heroin tapılıb. Ona qarşı CM-in 234.1-ci (narkotik vasitələrin qanunsuz saxlanması) maddəsi ilə ittiham irəli sürülüb.

Sonra jurnalistin özünə söz verilib. O, bu ittihamı qəti surətdə rədd edib. «12 saylı cəzaçəkmə müəssisəsi konslagerdir, burada mənə qarşı bir neçə təxribat həyata keçirilib. Məni homoseksuallarla əlaqələrdə, məhbusların hazırladığı qiyamda iştirak etməkdə ittiham etməyə və sadəcə olaraq, beton karserdə öldürməyə çalışıblar. Bütün bunlar məni susdurmaq üçün edilib. Bütün bu cəhdlər baş tutmadı. Bundan sonra hakimiyyət nümayəndəsi kamerama gələrək mənə sövdələşmə təklif etdi: o, azadlığa çıxacağım təqdirdə İlham Əliyev və onun ailəsi haqqında yazmayacağıma zəmanət tələb etdi, lakin mən bu təklifi qəbul etmədim», deyə jurnalist bildirib.

O, həmçinin bildirib ki, narkotiklə bağlı təxribatdan 20 gün əvvəl Penitensiar Xidmət işçilərindən biri ona qarşı təxribat hazırlandığı haqda xəbərdarlıq etmişdi.

Məhkəmənin iclası davam edir.

Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin ötən həftə Avropa İnsan Hüquqları Məhkəməsi onun təqsirsiz olduğu və azad edilməsi barədə qərar çıxarıb.

Azərbaycan hakimiyyəti bu qərarı icra etməkdən imtina edir. Hazırki məhkəmə prosesi yeni - narkotik saxlamaq ittihamı ilə bağlıdır. TURAN

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
372

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
335

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
311

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
340

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
317

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
457

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
446

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
429

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
507
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2021 22:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru