Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Aprel

2010
08:21
Ərdoğan-Obama görüşünün ilkin təfərrüatları
Barak Obama Türkiyəni Qafqazda sülhə çatmaq üçün səylərini davam etdirməyə çağırıb

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obamanın 45 dəqiqəlik görüşünün ilkin təfərrüatları məlum olub. Görüşdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da iştirak edib.

Rəcəb Tayyib Ərdoğan-Barak Obama görüşünün “çox səmimi atmosferdə keçdiyi, Ermənistan və İran başda olmaqla bir sıra məsələnin müzakirə olunduğu” bildirilir. Rəcəb Tayyib Ərdoğan Barak Obamaya Türkiyənin Qafqaz və Yaxın Şərqdə sülhün bərqərar olması istiqamətində gördüyü işlər barədə məlumat verib. Tərəflər ABŞ-ın dövlət katibi Hillari Klinton və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Qafqaz bölgəsi ilə bağlı apardıqları işləri davam etdirmələri məsələsində razılığa gəliblər.


Barak Obama da Türkiyənin diplomatiya və sülhə yönələn cəhdlərini təqdirlə izlədiyini, amma həllə çatmaq və irəliləyiş əldə etmək üçün Türkiyənin təşəbbüs və səylərini, eləcə də bölgədəki faydalı fəaliyyətini davam etdirməsini istəyib.


Görüş 15 dəqiqə planlaşdırılsa da, 45 dəqiqə davam edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
424

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
357

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
351

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
385

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
373

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
503

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
486

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
474

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
552
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 06:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru