Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Mart

2010
11:33
NATO Əfqanıstandakı narkotik tarlalarını himayə edir
Rusiyanın Xarici İşlər Nazirliyindəki yüksək səviyyəli bir səlahiyyətli, NATO-nun Əfqanıstandakı narkotik istehsalını Talibana qarşı mübarizədə zərərli ola biləcəyi səbəbi ilə qarşısını almadığını iddia edib

Rusiyanın Xarici İşlər Nazirliyindəki yüksək səviyyəli bir səlahiyyətli, NATO-nun Əfqanıstandakı narkotik istehsalını Talibana qarşı mübarizədə zərərli ola biləcəyi səbəbi ilə qarşısını almadığını iddia edib. Rus səlahiyyətliyə görə, narkotik, bölgədəki sabitsizliyin təməlidir. Bunu qurutmadan, bölgədə sülh və sabitliyi təmin etmək mümkün deyil.

FaktXeber.com-un verdiyi məlumata görə, NATO-nun Əfqanıstanda Talibanla mübarizə üçün ildə 25 milyard dollar xərclədiyini söyləyən qaynaq, Talibanın isə NATO-ya qarşı müharibə büdcəsinin 500-600 milyon dollardan ibarət olduğunu bildirir. Rusiya Xarici İşlər Nazirliyinin əldə etdiyi məlumatlara görə, Taliban bu pulların 300-400 milyon dollarını narkotik tarlalarının təhlükəsizliyini təmin edərək qazanır, qalan qisimi isə fərqli üsullarla əldə edilir. Narkotikdən əldə edilən gəlirlərin NATO əsgərlərini vurduğunu vurğulayan qaynaq, buna baxmayaraq, NATO-nun yenə də narkotik gəlirlərinin qarşısını almadığını bildirir.
Son illərdə Əfqanıstandan bütün dünyaya satışa çıxarılan narkotik miqdarının 10 qat artdığını söyləyən səlahiyyətli, "Bildiyimiz kimi NATO narkotikdən gələn qaynağı yox etməyi nəzərdə tapmır. Çünki narkotik istehsalında işləyənlərin yeganə gəlir mənbəyi tiryək tarlalarında işləməkdir. Bu işlərin əllərindən alınması halında, həm NATO-ya qarşı reaksiyalar artacaq, həm də dolanışıq üçün tək qazanc, Talibana qoşulmaq olacaq" - deyə bildirir.

Əfqanıstanda dayanıqlı sabitliyin təmin edilməsinin narkotik kanallarının yox edilməsindən keçdiyini vurğulayan səlahiyyətli bunları əlavə edib: "Əfqanıstanda hazırda bütün istehsal dayandırılsa, narkotik qaçaqmalçılarının əlində olan anbarlarla, bütün dünya iki il boyunca narkotiklə təmin edilə bilər. Fikrimizcə , ilk olaraq, narkotik xam maddəsinin yetişdiyi tiryək tarlaları yox edilməlidir. İkinci olaraq, Əfqanıstan torpaqlarında olan heroin emal edən laboratoriyaların hamısı bağlanmalıdır. Üçüncüsü, qaçaqmalçılar izləniləcək və beynəlxalq narkotik ticarəti bütünlüklə yox ediləcək."

Bookmark and Share
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Azəriqaz”dan əhaliyə MÜRACİƏT

28

Sentyabr
12:16
ÖLKƏ
140

Suriyada terrorçulara məxsus PUA vurulub

28

Sentyabr
11:46
DÜNYA
80

Vilayət Eyvazovdan yeni TƏYİNAT

28

Sentyabr
11:31
SİYASƏT
265

Əhməd Məsud bəyanat yayıb

28

Sentyabr
11:14
DÜNYA
200

AMB-nin valyuta məzənnələri

28

Sentyabr
09:14
İQTİSADİYYAT
270

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
430
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2021 12:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru