Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2010
10:10
Apetklərə qarşı narkotik tələsi
Səhiyyə Nazirliyi qadağn olunmuş dərmanların siyahısını apteklərə vermir

Son vaxtlar Azərbaycanda dərman satışı bazarında baş verən qanunsuzluqlar və bu işlə məşğul olan qurumlar haqda müxtəlif məlumatlar yayılır. "Bizim Yol" qəzetinin  etibarlı mənbəyə istinadən verdiyi məlumata görə hətta bu işdə bilavasitə aidiyyatı qurum olan Səhiyyə Nazirliyidə vasitəçi rolunu oynayır.

Belə ki, son bir neçə ayda  Bakıda və rayonlarda fəaliyyət göstərən çoxsaylı    apteklərin bağlanmasının bir səbəbi də həmin apteklərdə  psixotrop tərkibli dərmanların satışının  aşkarlanması ilə bağlıdır. Qanunvericiliyə görə   respublika ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop mənşəli dərmanların siyahısını Səhiyyə Nazirliyi DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə təqdim edir. Nazirlik tərəfindən süni şəkildə artırılan siyahıya hər il əlavələr olunur və bu yenilikdən məlumatsız olan aptek sahibləri isə ciddi şəkildə cəzalandırılır. Bunun üçün  Baş Narkotiklərlə Mübarizə İdarəsin tərəfindən ya cərimələr tətbiq olunur, ya da apekin fəaliyyəti məhdudlaşdırılır.
Məsələyə münasibət bildirən QHT Alyansının səhiyyə məsələləri üzrə mütəxəssisi Tamilla Kərimova “Bizim Yol”a açıqlamasında bildirdi ki, ümumiyyətlə, Azərbaycanın dərman bazarında hazırkı vəziyyət heç də ürəkaçan deyil: “Narkotik və psixotrop tərkibli maddələrin satışı məsələsində hər zaman ciddi problemlər ortaya çıxır. Ölkədə xeyli sayda apteklər var, bunlarda satılan dərmanlara nəzarət aparmaq çox çətindir. Ola bilər ki, hansısa aptekin müdiri öz biznes yolları ilə hansısa narkotik mənşəli dərmanı ölkəyə gətirir və bunun gizli şəkildə satışını tətbiq edir. Ancaq daxili işlər orqanlarının və səhiyyə nazirliyinin də bu işdə bilavasitə iştirak etməsi o qədər də inandırıcı deyil”. Ekspert problemin başlıca səbəbini hazırkı  dərman bazarına nəzarətsizliklə əlaqələndirdi”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
424

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
357

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
351

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
390

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
378

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
513

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
486

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
479

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
557
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 07:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru