Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Yanvar

2010
13:55
ƏRDOĞAN VƏ LAVROV SƏFƏRLƏRİNDƏ HANSI ƏLAQƏLƏR VAR?
Arif Hacılı: "Türkiyə Rusiya ilə münasibətlərini qurarkən Azərbaycan torpaqlarının işğalında bilavasitə Rusiyanın iştirakını və hal-hazırda Ermənistan ərazisində Rusiyanın silahlı qüvvələrinin olmasını nəzərə alacaqsa və Azərbaycan mənafelərini müdafiə edəcəksə, biz buna, yalnız müsbət yanaşacağıq"

Son zamanlar Türkiyənin xarici siyasətində müsbət dəyişiklik baş verir. Belə ki, bu dövlət regionda və dünyanın bir çox yerində öz maraq dairəsini qoruya və mövqeyini müdafiə edə bilir. Bu günlərdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya iki günlük səfəri də dediklərimizi mümkün edir. Onun bu səfərində özünə dost və yaxın qonşu hesab etdiyi Azərbaycanın Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələrin aparılacağı da gözlənilir. Xatırladaq ki, eyni zamanda Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ermənistana səfər edir. Hər iki görüş haqqında Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı FaktXəbərə danışdı.

- Arif bəy, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya iki günlük səfəri sizcə hansı istiqamətdə baş tutacaq?                                              

- Türkiyə son vaxtlar xarici siyasətində dönüş edib. Bütün qonşu dövlətlərlə yaxşı münasibətlər qurmaq istiqaməti tutub. Təbii ki, Rusiya-Türkiyə münasibətləri yaxşı olarsa, eyni zamanda bu münasibətlər qurularkən Rusiyanın Azərbaycandakı maraqları, Azərbaycanın öz maraqları nəzərə alınarsa, müsbət hal kimi dəyərləndirilə bilər. Bizim üçün ən maraqlı məsələ, istər Türkiyə-Rusiya, istərsə də, Türkiyənin digər dövlətlərlə münasibətlərində Dağlıq Qarabağ münaqişəsidir. Türkiyə Rusiya ilə münasibətlərini qurarkən Azərbaycan torpaqlarının işğalında bilavasitə Rusiyanın iştirakını və hal-hazırda Ermənistan ərazisində Rusiyanın silahlı qüvvələrinin olmasını nəzərə alacaqsa və Azərbaycan mənafelərini müdafiə edəcəksə, biz buna, yalnız müsbət yanaşacağıq.                                                                                                                

- Rəcəb Tayyib Ərdoğanın Moskvaya, Rusiya xarici işlər naziri Sergey Lavrovun isə Ermənistana səfərlərinin hansı bağlılığı ola bilər?

- Türkiyə qonşularıyla normal münasibətlərin formalaşdırılması siyasətini götürübsə, ilk növbədə ən düşmən münasibətdə olduğu Ermənistanla əlaqələri yaxşılaşdırmalıdır. Ermənistan da Rusiyanın siyasi təsir dairəsində olduğu üçün Türkiyə Rusiya ilə bağlı xarici siyasətində fəallıq göstərmək məcburiyyətindədir. Bis isə bu məsələdə seyirçi mövqedə olmamalıyıq. Həm Ərdoğanın Rusiyaya, həm də Lavrovun Ermənistana səfərinin Azərbaycana bilavasitə aidiyyatı var. Şübhəsiz hər iki görüşdə Azərbaycanla bağlı məsələlər müzakirə olunacaq. Azərbaycanın siyasi dairələri və xüsusən hakimiyyət bu məsələdə həddən artıq fəallıq göstərməlidirlər.

- Bildiyimiz kimi Ərdoğan Davos səfərindən imtina etdi. Sizcə bu imtina Türkiyənin ümumi mövqeyinə necə təsir edə bilər?

- Bu, gözlənilən hadisə idi. Ora bir daha getməyəcəyi barədə Ərdoğan bəyanat vermişdi. Eyni zamanda bu hadisə İslam dünyasında Türkiyənin və Ərdoğanın mövqeyinin möhkəmlənməsinə və nüfuzunun artmasına səbəb olacaq. Həm də Qərbdə və xüsusən İsraildə mənfi qarşılayanlar da ola bilər.

- Ərdoğanın səfərində Rusiyanın Nabucco layihəsinə dəvət olunacağı da müzakirə olunacaq. Sizin buna münasibətiniz necədir?

- Nabucco kəmərinin özü faktiki olaraq, Rusiyanın Qərb ölkələri üzərində enerji daşıyıcılarıyla bağlı hegamonluğuna son qoymaq üçün yaradılıb. Görünür, Qərb dövlətləri və Türkiyə onun özünün iştirakı olmadan belə bir layihənin həyata keçməsində maniəçilik törədəcəyindən ehtiyatlanaraq, Rusiyanın az da olsa maraqlarının nəzərə alınmasına çalışırlar. Hesab edirəm ki, Türkiyə Rusiyanın regiondakı roluna xüsusi önəm verir. Eyni zamanda Türkiyənin siyasi-ictimai xadimlərilə görüşlərdə və onların mətbuat açıqlamalarında bəziləri Rusiyanın siyasi rolunun şişirdilməsini deyirlər.

- Türkiyənin İsrail və Cənubi Qafqaza münasibətini nəzərə alsaq, Qərb dövlətləri ona qarşı hansı mövqedə duracaq?

- Son zamanlar biz Türkiyənin dünya birliyində rolunun artmasına şahid oluruq. Vaxtı ilə bu cür proseslər Türkiyənin maraqlarını nəzərə almadan və onun iştirakı olmadan həyata keçirdi. Türkiyənin halı deyil, Azərbaycanın vəziyyəti ürəkaçaq görünmür. Həm Qarabağ məsələsində Azərbaycan proseslərin aparıcı iştirakçısı olmalıdır, həm də Nabucco layihəsində. Çünki bu layihədə Azərbaycanın önəmi heç də Türkiyədən az deyil. Təəssüf ki, Azərbaycan hakimiyyəti diplomatik fəallıq göstərmək əvəzinə, müxtəlif dövrlərdə öz siyasətini dəyişdirmək, qeyri-müəyyən xarici siyasət aparmaq, Türkiyənin hansısa siyasətindən narazı qalanda ondan küsmək kimi qeyri-peşəkar siyasət yeritməklə məşğuldur. Ona görə də bu günkü proseslərdə Türkiyənin önəmi artsa da, paralel olaraq Azərbaycanın rolu artmır. Azərbaycan isə hakimiyyətin apardığı siyasət nəticəsində oyundan tam kənar bir vəziyyətdə qalıb.

Cavid Cabbarlı


 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kəlbəcərdə atışma DAVAM EDİR

23

İyul
22:25
HƏRB
149

Sabaha olan hava proqnozu açıqlanıb

23

İyul
16:12
ÖLKƏ
211

Oyundan kənar qalan qüvvələr - TƏHLİL

23

İyul
15:48
MÜNASİBƏT
520

"Azərmarka" "Azərpoçt"a birləşdirilir

23

İyul
15:32
İQTİSADİYYAT
206

İranda qatar relsdən çıxaraq aşıb

23

İyul
14:47
DÜNYA
232

Tanınmış telejurnalist həkimi məhkəməyə verdi

23

İyul
14:34
HÜQUQ,HADİSƏ
237

Azərbaycan neftinin qiyməti 73 dolları keçib

23

İyul
14:17
İQTİSADİYYAT
225

Azərbaycan Rusiyadan 100 dəmiryol vaqonu alıb

23

İyul
11:45
İQTİSADİYYAT
377
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-07-2021 23:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru