Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2021
14:26
Nəcəfin İmam cüməsi: Quru sərhədlərini açın, milyonlarla zəvvarı qəbul etməyə hazırıq

İraqın Nəcəf şəhərinin imam cüməsi Seyid Sədrəddin Qabanci İraq hökumətindən quru sərhədlərinin açılmasını xahiş edib.

O, çıxışı zamanı qeyd edib ki, milyonlarla zəvvarı qəbul etməyə hazırdırlar:

"Hər iki dövlətdən xaiş edirik quru sərhdələrini açın. İraq və quru sərhədlərini zəvvarların üzünə bağlayıb. Axı niyə? Sərhədləri bağlamağın fəlsəfəsi nədir axı? Mütləq hava yolu ilə gəlməlidir, bəs təyyarə ilə gəlməyə gücü çatmırsa necə etsin? Hər iki dövlətdən xaiş edirik quru sərhədlərini açsınlar. Deyirlər ki, bu il yalnız 30 min nəfərə icazə verə bilərik. Daha sonra artırdılar 60-70 min nəfər etdilər. İndi isə 80 min nəfərə icazə veriblər. Xeyr, İraq xalqı 3 milyon zəvvarı qarşılamağa hazırdır. Məhərrəmlik təcrübəsini gördünüz. Heç bir koronavirus yayılması olmadı. Bəs sən nədən narahatsan?! Hökumət bacarmasa, biz İraq xalqı zəvvarları tam sevinclə və açıq qollarla qəbul edə bilərik. Biz 3 milyon, 5 milyon zəvvar gözləyirik. Şükür olsun Allaha, artıq təhlükəsizlik tam bərpa olunub. Xəstəlikdə Allahın izni ilə yayılmayacaq. Siz bunu Məhərrəmlikdə gördünüz. Heç yoluxmanın sayında artım olmadı. Nə üçün İmam Hüseyn əleyhissalamın ziyarətinin qarşısını alırsınız. Ey İraq rəsmiləri sizdən xaiş edirəm açın sərhədləri zəvvarların üzünə, bərəkət sizə tərəf gələcək. Bərəkət, sağlamlıq afiyət sizə tərəfə gələcək. İmamdan soruşurlar, sizi ziyarət edənlərə hansı hədiyyə veririsiniz, imam buyurdu ki, hər sübh və axşam onlar üçün dua edirik. Ey Allahım, imamlar hər sübh və axşam zəvvarları üçün dua edirlər. Ey İraq dövləti, bizi İmam Hüseyn zəvvarlarından niyə məhrum edirsiniz?" (eastnews)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kabildə güclü partlayış baş verib

20

Oktyabr
11:14
DÜNYA
125

Neftin qiyməti yenidən azalıb

20

Oktyabr
09:46
İQTİSADİYYAT
240

AMB-nin valyuta məzənnələri

20

Oktyabr
09:30
İQTİSADİYYAT
190

Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür

20

Oktyabr
09:16
BÖLMƏNİ DÜZ SEÇ!
210

Gədəbəy və Şamaxıya dolu yağıb

19

Oktyabr
14:25
ÖLKƏ
272

Azərbaycanda tibbi maska istehsalı 83% artıb

19

Oktyabr
12:23
İQTİSADİYYAT
273
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 11:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru