Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Sentyabr

2021
16:41
Tural Abbaslı hökumətlə barışdı, ​Avropa Məhkəməsi bu qərarı verdi

“Avropa Məhkəməsi bu gün Azərbaycandan göndərilmiş şikayətlər üzrə bir qərardadını elan edib. “Tural Abbaslı Azərbaycana qarşı” işi üzrə ərizə baxılacaq şikayətlərin siyahısından çıxarılıb”.

Bu barədə hüquqşünas Xalid Ağaəliyev sosial şəbəkədə məlumat paylaşıb. O qeyd edib ki, məhkəmə tərəflər dostca anlaşdıqlarına görə belə qərardad qəbul edib: “Hökumət 3 ay içində T.Abbaslıya 4 min avro mənəvi zərər əvəzi, vəkillərinə 500 avro xərc, məsrəf əvəzi ödəməlidir”.

Ağ Partiyasının başqanı Tural Abbaslı sözügedən qərarla bağlı “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, həmin qərar 2013-cü ildə onun barəsində tətbiq edilmiş inzibati xəta ilə bağlıdır: “O zaman mitinqdə iştirak etdiyimə görə mənə cərimə yazılmışdı. Cəriməni ödəmədiyim üçün mənə inzibati işlərlə məşğul olmaqla bağlı məhkəmə hökmü çıxarılmışdı. Biz bu hökmlə bağlı Avropa Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdik".

Partiya sədri qeyd edib ki, hökumət adıçəkilən qərar çıxmamışdan 2-3 ay öncə məsələ ilə bağlı ona barışıq təklif edib: "Bununla da dolayısı ilə öz yanlışlıqlarını etiraf etmiş olmuşdular. Biz də qərara aldıq ki, adımızla bağlı Azərbaycana qarşı ifadələr səslənməsin. Ona görə də gələcəkdə hakimiyyət bu sahədə şikayətçilərlə ünsiyyətə keçməlidir və onların sayının azaldılması istiqamətində işlər görülməlidir”.

Məqalədə : Tural Abbaslı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Gədəbəy və Şamaxıya dolu yağıb

19

Oktyabr
14:25
ÖLKƏ
177

Azərbaycanda tibbi maska istehsalı 83% artıb

19

Oktyabr
12:23
İQTİSADİYYAT
187

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

19

Oktyabr
11:15
SİYASƏT
288

Neft yenidən bahalaşıb

19

Oktyabr
09:43
İQTİSADİYYAT
272

AMB-nin valyuta məzənnələri

19

Oktyabr
09:14
İQTİSADİYYAT
249
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2021 22:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru