Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Sentyabr

2021
11:11
Bu həkimlər 250 manata saxta pasport satıblar

Qanunsuz olaraq pul müqabilində vətəndaşlara saxta COVID-19 vaksin sertifikatı təqdim edən şəxslərin qanunsuz əməlləri ifşa edilib. 

Baş Prokurorluqdan bildirilib ki, Bakı şəhəri ərazisində qanunsuz olaraq pul müqabilində vətəndaşlara COVID-19 əleyhinə peyvənd vurulmadan vaksin serifikatının və aidiyyəti qurumlara təqdim etmək üçün saxta arayışlar verilməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Xəyyam Səfixanov həbs edildi - Video

Hərbçilərimizin Xocalıda erməni fotoaparatı ilə çəkdiyi şəkillər təəccübləndirdi - Fotolar

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhəri 20 saylı şəhər poliklinikasında həkim-terapevt Günay Hüseynovanın həmin poliklinikada tibb bacısı Nailə Musayeva, Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın Mehdiabad Ailə Sağlamlıq Mərkəzində mama-ginekoloq Esmira Xudayarova, Mərkəzi Dəmir Yol Xəstəxanasının həkim–terapevti Bəsdi Behbudova və “Paşa-K” firmasının reklam üzrə mütəxəssisi İlahə Quliyeva ilə cinayətkar əlaqəyə girərək tamah niyyəti ilə Bakı şəhəri ərazisində 100 nəfərdən artıq şəxsin hər birindən 200-250 manat məbləğdə pul alınması müqabilində COVID-19 əleyhinə peyvənd vurulmadan vaksin sertifikatının verilməsini, qeydiyyata alınmasını, vətəndaşlar barədə “E-Təbib” portalında mövcud olan məlumatların dəyişdirilməsini təşkil etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Məqalədə : saxta pasport 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
295

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
383

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
362

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
393

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
393
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2021 21:23





  [email protected]om

Valyuta.com

Рейтинг@Mail.ru