Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Sentyabr

2021
09:25
Azərbaycan yığmasının dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib

Azərbaycan millisinin DÇ-2022-də iştirak etməyəcəyi dəqiqləşib.

Canni de Byazinin yetirmələri artıq indidən turnirə qatılmaq xəyalı ilə vidalaşıb.

Bu, Avropa zonası üzrə seçmə mərhələnin VI turundan sonra baş verib. Portuqaliyaya 0:3 hesabı ilə uduzan yığmamızın möcüzədən asılı olan nəzəri şanslarının üzərindən Serbiya xətt çəkib. Balkanlılar İrlandiya səfərində 1 xal qazanıblar - 1:1.

Bununla da 1 xala malik Azərbaycanla liderlərdən uzaq düşüb. Portuqaliya 13, Serbiya 11 xalla autsayderlər üçün əlçatmazdır.

Bu isə o deməkdir ki, Azərbaycan qalan üç oyununun hamısında qalib gəlsə belə nəinki 1-ci, heç 2-ci yeri də tuta bilməyəcək.

Qeyd edək ki, Avropa zonasında qrup qalibləri Qətər-2022-yə birbaşa vəsiqə qazanacaq. İkinci yer sahibi olan 10 komanda Millətlər Liqasından gələcək iki yığma ilə pley-off mərhələlərində 3 yer üçün mübarizə aparacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
296

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
388

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
372

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
413

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
408
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2021 22:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru