Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Sentyabr

2021
10:13
Ceyhun Bayramov iranlı həmkarını təbrik etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, C.Bayramov iranlı həmkarını xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə həmkarını təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycan və İran arasında dərin tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin, geniş spektrli ikitərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu vurğulayıb və iki ölkə tərəfindən bir sıra layihələrin uğurla icra olunduğunu qeyd edib.

Tərəflər, həmçinin regionda mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlığın bəzi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bərdədə sabiq bələdiyyə sədri həbs edilib

18

Oktyabr
11:00
HÜQUQ,HADİSƏ
262

Neftin qiyməti artıb

18

Oktyabr
09:56
İQTİSADİYYAT
225

AMB-nin valyuta məzənnələri

18

Oktyabr
09:30
İQTİSADİYYAT
226

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
813
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2021 12:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru