Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Avqust

2021
15:05
Millimizin məşqçi heyəti Olimpiadaya görə qovuldu

Tokio-2020 Yay Olimpiya Oyunlarında uğursuz nəticə göstərən cüdo millisinin məşqçi heyəti qovulub. Bu barədə “Qafqazinfo”ya Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib. 

O bildirib ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun azərbaycanlı köməkçiləri – Elxan Məmmədov, Nazim Hüseynov, Mehman Əzizov, Elçin İsmayılov və Rüstəm Alimli istefaya göndərilib. 

Komanda isə gənclərdən ibarət millinin məşqçi heyətinə tapşırılıb. 

Həmçinin bəzi cüdoçuların maaşları da azaldılıb. 

Qeyd edək ki, Azərbaycan cüdo yığması ilk dəfə Olimpiadaya tam heyətlə yollanmışdı. Komandamız 7 çəki dərəcəsinin hamısında idmançı ilə təmsil olunurdu. Cüdo millisi Tokio-2020-də ən çox medal gözlənilən komandalardan olsa da, yığmamız cəmi 1 bürüncə sevinə bildi. 9 cüdoçudan yalnız İrina Kindzerska fəxri kürsüyə qalxmağı bacardı. Medal ümidləri Rüstəm Orucov, Məmmədəli Mehdiyev Vətənə əliboş qayıtdılar. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
849
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 08:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru