Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 İyul

2021
10:00
Azərbaycan boksçusu məğlubiyyətini hakim haqsızlığı ilə əlaqələndirib

"Qələbə gözləyirdim. Lakin mənə elə gəlir ki, bir qədər hakim haqsızlığı oldu".

Bunları Azərbaycan boksçusu Cavid Çələbiyev (63 kq) Toki-2020 Yay Olimpiya Oyunlarında Ermənistan təmsilçisi Ovanes Baçkovla keçirdiyi 1/8 final görüşü barədə danışarkən deyib.

29 yaşlı idmançı əvvəlki olimpiadalarda olduğu kimi, yenə hakim haqsızlıqları ilə üzləşdiklərini bildirib: "Birinci raundu qazandıqdan sonra ikinci raundda da demək olar ki, qalib olmuşdum. Sadəcə, ikinci raudda qələbəni qarşı tərəfə verdilər. Həmişəki kimi, Tokio-2020-də də haqsızlıqla üzləşdik. Bu, hakimlərin haqsızlığından irəli gəlir".

Qeyd edək ki, Cavid Çələbiyev Ovanes Baçkova 1:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
924
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 10:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru