Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyul

2021
17:31
Biləsuvarda sakinlər su probleminə görə yolu bağladılar

Biləsuvar rayonunun Yuxarı Cürəli və Təzəkənd kəndlərinin bir qrup sakini Rayon İcra Hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd edərək nəqliyyatın hərəkətinə maneə yaradıblar.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev açıqlamasında bildirib ki, polis əməkdaşları tərəfindən edilən xəbərdarlıqlara riayət etməyən və ictimai qaydanı pozan bir neçə şəxs polis şöbəsinə gətirilib:

“Həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Digər sakinlər isə onları narahat edən məsələ ilə bağlı, yəni su problemi ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı və rayondakı digər aidiyyəti qurumlar tərəfindən qəbul edilib. Onların şikayətləri dinlənilib və problemlərinin həlli istiqamətində tədbirlər görülür”.

Məqalədə : Biləsuvar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
355

Ərbəin gününün məxsusiliyi nədədir?

27

Sentyabr
11:34
MƏNƏVİYYAT
441
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2021 09:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru