Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyul

2021
14:41
Ayətullah Xamenei: `Qərbə etibar etmək müsbət nəticə vermir`

İran İslam Respublikasının prezidenti Həsən Ruhani və hökümət nümayəndələri ölkənin Ali Lideri Ayətullah Seyyid Əli Xamenei ilə İmam Xomeyni hüseyniyyəsində görüşdü.

İSNA-nın veridyi xəbərə görə, görüş zamanı ali lider Ruhaninn administrasiyasına müraciət edərək deyib: “Mən başqalarını buna çağırıram ki, sizin təcrübənizdən yararlansınlar. Bu hökumətin zamanında məlum oldu ki, Qərbə etibar etmək müsbət cavab vermir. Dəfələrlə demişəm indi də deyirəm ki, bu bir mühüm təcrübə oldu ki, Qərbə etibar və etimad etmək olmaz.”

Ayətullah Xamenei vurğulayıb ki, Qərbə etibar etməyin düzgün olmaması bir təcrübə olaraq Ruhaninin hökumətinin zamanında isbata yetdi:

“Onlar bizə kömək etməyiblər. Həmişə bizə zərbə vurublar. Əgər haçansa vurmayıblarsa deməli, imklanları olmayıb. Bu bizim üçün bir mühüm təcrübədir”.

O həmçinin əlavə edib ki, ABŞ və digər Qərb dövlətləri nüvə sazişinə müxtəlif şərtləri əlavə etməyə can atırlar və bundan sonra da sazişi pozmayacaqları barədə təzminat vermirlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
355

Ərbəin gününün məxsusiliyi nədədir?

27

Sentyabr
11:34
MƏNƏVİYYAT
441
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2021 09:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru