Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyul

2021
13:15
DİN: `Biləsuvarda yolu kəsməyə cəhd edən şəxslər saxlanılıb`

Biləsuvar rayonunda bir qrup yerli sakin su problemi ilə əlaqədar olaraq bu gün rayon icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayevin verdiyi məlumata görə, rayonun Yuxarı Cürəli və Təzəkənd kənd sakinləri icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd edərək, nəqliyyatın hərəkətinə mane olublar.

Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları onlara bununla bağlı xəbərdarlıq edib. Xəbərdarlıqlara riayət etməyən və ictimai asayişi pozan bir neçə rayon sakini polis şöbəsinə gətirilib.

Digər sakinlər isə problemlə əlaqədar olaraq rayon İcra Hakimiyyətinin başçısı və adiyyatı qurumların rəhbərləri tərəfindən qəbul edilib.

Onların şikayətləri dinlənilib və problemlərinin həlli istiqamətində tədbirlər görülür.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
340

Ərbəin gününün məxsusiliyi nədədir?

27

Sentyabr
11:34
MƏNƏVİYYAT
436
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2021 08:40





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru