Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 İyul

2021
16:30
`Ermənistandan təkliflərimizə qarşı heç bir addım görmürük`

“Təəssüf ki, hələlik Ermənistan tərəfinin sülhlə bağlı təkliflərimizə cavab tədbirlərini müşahidə etmirik".

Bu barədə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan serbiyalı həmkarı Nikola Selakoviçlə görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.

“Ermənistan tərəfindən torpaqlarımızın 30 ilə yaxın davam edən işğal faktı, Vətən müharibəsi nəticəsində işğala son qoyulması və beynəlxalq hüququn bərqərar olması barədə həmkarımı məlumatlandırdım. Həmçinin, sülhün əldə olunması, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, orada şəraitin yaradılması və yenidənqurma işləri barədə Azərbaycan tərəfindən atılan sistemli addımlar barədə də məlumat verdim.

Ermənistanla münasibətlərin normallaşma imkanları, iki ölkə arasında sülh müqaviləsi təklifi, sərhədlərin delimitasiyası istiqamətində Azərbaycan tərəfinin atdığı addımlar barədə də bildirdim”, - XİN rəhbəri qeyd edib.

Məqalədə : Ceyhun Bayramov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
190

Ərbəin gününün məxsusiliyi nədədir?

27

Sentyabr
11:34
MƏNƏVİYYAT
350
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 20:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru