Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyul

2021
12:45
Azərbaycanın yeni kəşf edilən yatağın ilkin ehtiyatları AÇIQLANDI

Ölkəmizdə qızıl, mis və gümüş hasil edən “Anglo-Asian Mining Plc” şirkətinin daxili kəşfiyyat qrupu tərəfindən 19 yanvar 2021-ci il tarixində kəşfini elan etdiyi “Zəfər” yatağının ilkin ehtiyatlarının həcmi açıqlanıb.

Oxu.Az-ın şirkətdən əldə etdiyi məlumata əsasən, xarici analitik laboratoriyaların nəticələrinə uyğun olaraq ilkin mineral ehtiyatların göstəriciləri ilə bağlı smeta təqdim olunacaq.

Belə ki, iyul ayının sonu və ya avqust ayının əvvəlində smeta sənədinin hazır olması gözlənilir. Şirkətin hesabatına görə, orta hesabla 8 milyon ton minerallaşmış təbəqənin işlənməsi planlaşdırılır.

Bildirilib ki, yataqdan hər ton üçün 0,3 qram qızıl, 0,6 faiz mis, 0,5 faiz sink əldə olunması mümkündür.

Xatırladaq ki, şirkətin daha öncəki hesabatında 2020-ci ildə görülən işlərin ilkin nəticəsi kimi “Zəfər” yatağının işlənəcək mineral süxurlarının həcmi təxminən altı milyon ton olaraq müəyyənləşmişdi.

Qeyd edək ki, bu yataq Gədəbəy Müqavilə Sahəsində xəritələşdirmə proqramı nəticəsində aşkar edilib. Ərazi şirkətin Gədəbəy emal zavodunun təxminən 1,5 kilometr şimal-qərbində yerləşir.

İlkin qazıntılar zamanı 113 metr üçün 0,5 faiz mis və bir ton üçün 0,7 qram qızıl əldə edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
126

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
150

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
180

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
308
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 18:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru